Rusiyadan Ermənistana təbii qazın nəqli “Şimali Qafqaz – Transqafqaz” qaz kəmərində nəzərdə tutulan texniki-profilaktik işlərlə əlaqədar dayandırılıb.
Modern.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qazın verilməsi oktyabrın 18-dən 19-dək dayandırılacaq. Bu müddət ərzində ölkə üzrə istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına həyata keçiriləcək.