Modern.az

Qarabağ qazilərinin kitabları təqdim olundu - FOTOLAR

Qarabağ qazilərinin kitabları təqdim olundu - FOTOLAR

Aktual

20 Oktyabr 2022, 16:12

Azərbaycan Yazıçılar Birliyində Vətən müharbəsində döyüşən qazilər və qəhrəmanlarla görüş keçirilib.

Modern.az-ın məlumatına görə, görüşdə iştirak edən sözlü müharibə iştirakçılarının şeirlərindən ibarət “Barıt qoxulu sətirlər...”  və Ayaz Məmmədovun “Ünvansız məktub” xatirə-povesti kitablarının təqdmatı olub.


Kitabda şeirləri dərc olunan Emin Piri, Kərəm Aydın, Cavid Əlioğlu, Oğuz Alparslan, Elvin Məmmədli, Səbuhi Qurbanov, Eyvaz Əyyub, Tofiq Əhməd, Orxan Səlifov, Həsən Kür, Sərxan Yolçuyev, Nicat Ağayev, Vüsal Hətəmov, Mir Əjdər Abdullayev, Tamerlan Əsədovun qələmindən çıxan sətirlər bir neçə ay bundan əvvəl Şuşada Vaqif Poeziya günlərində “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” proqramı çərçivəsində  səsləndirilmişdi. Qazilərin müharibə vaxtı yazdığı şeirlərin öz ifalarında səslənməsi ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

 
“Barıt qoxulu sətirlər...” kitabında qazi və veteran şairlərin Vaqif Poeziya günlərində səsləndirdikləri şeirlərlə yanaşı, zəfər ruhlu şeirlər də yer alıb. Qazilərin şeirlərindən ibarət yeni antalogiyanın tərtibçiləri və ön söz müəllifləri AYB-nin katibi Elçin Hüseynbəyli, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, texniki redaktoru isə Şükufə Məmmədlidir. Kitab “Vektor” Beynəlxalq Nəşrlər evində  çap edilib.


Tədbirdə Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Xalq yazıçısı Anarın ideya müəllifi olduğu “Barıt qoxulu sətirlər...”  haqqında danışıb.

Sonra söz Yazıçılar Birliyinin sədri Anara verilib.


Xalq yazışçısı Anar 44 günlük Vətən müharibəsindən, ordumuzun şücaətindən, tarixi qələbəmizdən danışıb. Qazi şairləri təbrik edən AYB sədri onların Yazıçılar Birliyinə üzv seçildiklərini söyləyib. Bundan sonra qazi şairlərə üzvlük biletləri təqdim olunub.


Tədbirdə eyni zamanda Qarabağ qazisi Ayaz Məmmədovun “Ünvansız məktub” kitabının təqdimatı olub. Qarabağ döyüşlərinə həsr olunmuş kitabda müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə baş vermiş  ağrılı və maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür. Bu kitab həm də bir döyüşçünün gündəliyidir.  


“Barıt qoxulu sətirlər...”  və “Ünvansız məktub” kitablarının təqdimat mərasimində çıxış edən AYB katibi Səlim Babullaoğlu, şair Nigar Həsənzadə, AYB üzvləri Rəfail Tağızadə, Zemfira Məhərrəmli,  Aida Eyvazlı, Elmira Aslanxanlı qazilərə göstərilən qayğıya görə Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, əməlləri və sözləri ilə Zəfər tariximizdə imzası olan mərd oğullarımızla fəxr etdiklərini söyləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı