Modern.az

Rövnəq Abdullayev Berti Foqtsla bağlı qərar verdi

Rövnəq Abdullayev Berti Foqtsla bağlı qərar verdi

Ölkə

30 Noyabr 2011, 14:04

Noyabrın 30-da Dövlət Neft Şirkətində (ARDNŞ) baş ofisində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Modern.az AFFA-ya istinadən bildirir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Qasımov, İskəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev iştirak edib.
AFFA-dan verilən məlumata görə, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər artırılsın.

2. «İnter» PİK-in «Şəfa» stadionunu satın alması ilə bağlı müraciəti müsbət cavablandırılsın, bununla bağlı müvafiq sənədlərin hazırlanması baş katibə həvalə olunsun.

3. Futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunsun. Ağasəlim Mircavadov və Rüstəm Rəhimova təqaüdün verilməsi məsələsinə İcraiyyə Komitəsinin növbəti iclasında baxılsın.

Baş katib Elxan Məmmədov AFFA ilə Coca-Cola şirkəti arasında bağlanmış müqavilə çərçivəsində uşaq futbolunun inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər barədə İcraiyyə Komitəsinə ətraflı məlumat verib. İcraiyyə Komitəsinin üzvləri bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı