Sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı başlanan cinayət işində ciddi irəliləyişlər var. Bu barədə hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən Modern.az-a məlumat daxil olub. Mənbənin məlumatına görə, istintaq işində yeni nəticələr əldə olunub. Cinayət işindəki yeniliklər haqqında hələki rəsmi açıqlama olmasa da, yaxın vaxtlarda istintaqın nəticələri barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, G. Əhmədova ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə ötən gün Bakı şəhər Prokurorluğuna çağırılıb və onun ifadəsi alınıb.
G. Əhmədova APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O, qeyd edib ki, prokurorluqda ifadə verməkdə məqsədi istintaqa kömək etmək olub: “Mən əvvəl də demişəm ki, sona qədər bu məsələdə istintaqa kömək edəcəyəm. Məhz buna görə, mandatdan imtina etmişəm. İmtina ərizəmdə də istintaqa yaxından köməklik göstərəcəyimə və bütün bildiklərimi açıqlayacağıma söz vermişəm”.