Modern.az

Qarabağ veteranı ANS-i qınadı: "Çingiz Mustafayevin ruhuna hörmət etsinlər"

Qarabağ veteranı ANS-i qınadı: "Çingiz Mustafayevin ruhuna hörmət etsinlər"

Ölkə

2 May 2014, 14:05

“Bu biyabırçılıqdır! ANS kanalını heç cür başa düşə bilmirəm. Gah vətənpərvərlikdən, Qarabağdan danışırlar, gah da erməni mahnısının təbliği ilə məşğuldurlar. Bu şəhidlərin ruhuna, millətə təhqirdir”. Bunu Modern.az-a açıqlamasında Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Fizuli Rzaquliyev “ANS” ÇM radiosunda yayımlanan erməni mahnılarına münasibət bildirərkən dedi. “Ən azı Çingiz Mustafayevin adından utansınlar, onun ruhuna hörmət etsinlər. Birmənalı şəkildə qınayırıq bunu. Mayıs Məmmədov kimdir ki, deyir, qulaq asan assın, asmayan da soyuq su içsin”!? Elədirsə, erməni tarixçilərini də dəvət etsinlər, birlikdə nə istəyirlər etsinlər! Erməni sevgisi onlarda haradan qaynaqlanır mən başa düşə bilmirəm. Deyirlər, ermənilər Azərbaycan mahnısı oxuyur, oxuyacaq da erməninin nəyi var ki?! Mətbəximizə kimi hər şeyimizi oğurlayıb özəlləşdiriblər. Bu, bizə yaraşan hərəkət deyil!”

Qeyd edək ki, ANS ÇM radisunun “Qafqazın TOP-20” verilişində erməni mahnısı səsləndirilib. ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov deyib ki, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsində hər hansı problem yoxdur: “Ona qalsa İrəvanda da hər gün Azərbaycan mahnıları oxudurlar. Hələ mahnı bir tərəfə, millət Ermənistana gedib-gəlir, dünyadan xəbəriniz yoxdur. İstəməyən qulaq asmasın, soyuq su içsin”.

 

Gülşən Raufqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı