Modern.az

Gənclərin ixtisas seçimi: kimi dəbi, kimi də tələbatı nəzərə alır...

Gənclərin ixtisas seçimi: kimi dəbi, kimi də tələbatı nəzərə alır...

Ölkə

23 Dekabr 2010, 12:09

Qarşısına ali məktəbə qəbul olmağı məqsəd qoyan hər bir şəxs gələcəkdə hansı ixtisas sahibi olacağını əslində hələ orta məktəb illərindən müəyyənləşdirməlidir. Amma ixtisas secərkən bir sıra amilləri də göz önünə gətirməli, müəyyən nəticələr çıxarmalıdır. Secdiyi ixtisasın ona gələcəkdə nələr vəd edəcəyi  ətrafında xeyli düşünməlidir: həmin ixtisasa ölkədə nə qədər tələbat var..? 

Hazırda Azərbaycanda bəzi  sahələr var ki, orada kadr çatışmazlığı müşahidə olunur, bəzi yerlərdə isə əksinə. Bu gün ali məktəbi bitirənlərin bir çoxu ixtisasına uyğun iş tapa bilmir. Bu da onların düzgün ixtisas seçməmələrilə əlaqədardır.

“Dominantlıq təşkil edən ixtisaslara əmək bazarında eytiyac yoxdur. Gənclərin çoxu valideynlərinin istəyi ilə ixtisas secir. Nəticədə ali məktəbi bitirənlərin çoxu işsiz qalır. Təhsil Nazirliyi əmək bazarının tələbatını nəzərə almır, əgər alsaydı, Müəllimlər İnstitutunun 10-dan çox  filialı omazdı”.
Bu sözləri Modern.az-a acıqlamasında təhsil üzrə ekspert Etibar Əliyev deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən qəbul proqramı hazırlansa da, burada əmək bazarının tələbatı nəzərə alınmır. “Hazırda müəllim kadrlara bir o qədər də ehtiyac yoxdu, bununla belə, ölkədə müəllim hazırlayan ixtisasların sayı həddindən artıq çoxdur”.
E.Əliyev bildirib ki, Azərbaycanın ali təhsil ocaqlarında bir çox ixtisaslar üzrə kadr hazırlanır. Ancaq həmin ixtisaslara əmək bazarında tələbat yoxdu. “Azərbaycanda elə ixtisaslar üzrə qəbul həyata keçirilir ki, həmin sahə üzrə mütəxəssislərin çalışması üçün iş yerləri yoxdur”.
E.Əliyev hesab edir ki, abuturyentlərin ixtisas secməsi sadəcə, ali təhsil almaq zəruriyyətindən irəli gəlir. “İndi ali təhsil almaq dəbdədir. Buna görə əksəriyyət ali məktəbə can atır, nəticədə də işsiz qalırlar”.
E.Əliyev bildirib ki, informasiya-kommunikasiya və iqtisadiyyat ixtisaslarına əmək bazarında tələbat hiss olunur. Müsahibimiz təhsildə olan digər bir problemdən də danışıb. O, bildirib ki, Azərbaycandan xeyli sayda tələbə xarici ölkələrin universitetlərində təhsil almağa gedir. Ancaq sonradan həmin gənclər geri qayıtmaq istəmirlər.
“Onlar hesab edirlər ki, burada əmək haqqı azdır, ixtisas üzrə işləmək üçün mühit yoxdu və hətta işsiz qalmaq ehtimalı da var. Bu olduqca ciddi faktdır. Bunun ətrafında düşünmək lazımdır. Əgər o, gənclər bura qayıtsalar, onların hesabına yeni yaradıcı siniflər yarana bilər” . 

“İxtisas secmək məsələsi olduqca önəmlidir. Burada insan ilk olaraq öz daxili marağını nəzərə almalıdır. Çünki, bu addım insanın gələcək həyatının formalaşmasında mühüm əhəmiyyət kəsb edir”-deyə BDU-nun professoru Şahlar Əsgərov Modern.az-a bildirib.
Şahlar Əsgərovun sözlərinə görə, dəbə uyğun ixtisas secmək doğru deyil. “Tələbə ixtisas secərkən öz taleyini də müəyynləşdirir. Bu baxımdan, ixtisas secimi önəmlidir. Dəbə görə ixtisas secmək olmaz”. 
Ş.Əsgərov bildirib ki, dəbə görə ixtisas secmək ənənəsi elə sovet dövründən mövcud olub. “Mənim tələbə oduğuin dövrdə fizika ixtisası olduqca dəbdə idi. Bütün universitet rektorları öz övladlarını fizika ixtisasına yönəldirdilər. Ayrı- ayrı zamanlarda rektor olmuş şəxslər - Şəfəq Mehdiyev, Mehdi Əliyev, Faiq Bağırzadə öz övladlarını fizika ixtisaslarına yönəltmişdilər”.
Ş.Əsgərov qeyd edib ki, müasir dövrün tələbləri bir qədər fərqlidir.
“İndi iqtisadiyyat, hüquq, informasiya - kominikasiya texnologiyaları kimi ixtisaslar dəbdədir”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin sözlərinə görə, 2010-2011-ci tədris ilində ali məktəbə sənəd verən abituriyentlər  iqtisadiyyat, neyt-qaz mühəndisliyi, xarici dil (ingilis dili), müalicə işi ixtisaslarına üstünluk veriblər.

2010-2011-ci tədris ilində 117 minə yaxın abuturyent qəbul imtahanında öz biliyini yoxlayıb

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı