Qreys və Ceyms Sletteri artıq uşaq sahibi olcaqlarına ümid etmirdilər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qreys 4 dəfə hamilə qalsa da, hamiləlik düşüklə nəticələnirdi. Onlar başqa vasitələrlə uşaq sahibi olmaq da haqda düşünmürdülər, hətta bu halda belə? hamiləliyin pozulacağı istisna olunmurdu. Ancaq tezliklə Qreys növbəti dəfə təbii yolla hamilə qalır, UZİ-dən keçəndə isə məlum olur ki, cütlüyün bir yox, birdəfəyə DÖRD usağı dünyaya gələcək. Həkimlərin sözlərinə görə, belə hamiləlik, nadir hadisədir – 4 uşaq dünyaya gəlməsi 10 min dəfədən birində təsadüf olunur. Bundan əlavə, belə hamiləliyi saxlamaq da kifayət qədər çətindir, bu səbəbdən həkimlər məsləhət görüblər ki, cütlük ən pis xəbərə də hazır olsunlar. Ancaq hamiləlik uğurlu gedib və 32-ci həftəliyində Qreys 3 qız və bir oğlan doğub. İrlandiyalı cütlük indi Yeni il bayramını övladları ilə birgə keçirməyə hazırlaşır.



Modern.az