14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Portuqaliyada çalışan 32 yaşlı azərbaycanlı alim: “Azərbaycanda alimlər mədəni olaraq türmə vəziyyətində saxlanılır” - MÜSAHİBƏ
Portuqaliyada çalışan 32 yaşlı azərbaycanlı alim: “Azərbaycanda alimlər mədəni olaraq türmə vəziyyətində saxlanılır” - MÜSAHİBƏ
21.01.2014, 13:51


Modern.az
saytı elm aləmindəki problem və perespektivləri işıqlandırmaqda davam edir. Budəfəki müsahibimiz Azərbaycanın ən gənc elmlər doktorlarından olan və elmi fəaliyyətini hazırda Portuqaluiyada davam etdirən kimyaçı alim Kamran Mahmudovdur.

Mahmudov Kamran Talıb oğlu 01.01.1980-ci ildə Tovuz rayonunun Nəmxoş kəndində ziyalı ailəsində anadan olub.  Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəb tələbələri arasında keçirilən Respublika Olimpiadasında 1998-ci ildə 3-cü, 1999 və 2000-ci ildə 2-ci və 2001-ci ildə 1-ci yerin qalibi olub.

2003-cü ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturasının əyani şöbəsinə qəbul olub. 2006-cı ildə «b-Diketonların aztörəmələrinin mis(II) ilə əmələ gətirdiyi komplekslərin tədqiqi və analitik tətbiqi» mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək  fəlsəfə doktoru alimlik dərəcəsi  alıb.  32 yaşında  isə elmlər doktoru adına sahiblənib. İndiyə qədər 85 elmi məqalə (60-ı qərbin nüfuzlu jurnallarında), lokal və beynəlxalq konfranslarda 70 tezisi nəşr olunub. Bu işlərin əksəriyyətində Dr. Kamran T. Mahmudov cavabdeh müəllifdir. Onun işlərinə 479 dəfə istinad edilib.

- Lissabonda elmi fəaliyyətiniz necə davam edir?

-
Əvvəla, bu müsahibə üçün sizə dərin təşəkkürümü bildirirəm. Fikrimcə, insan üçün fərqi yoxdur, Lissabonda olsun ya da dünyanın başqa bir məkanında, əgər o istədiyi, sevdiyi peşəylə məşğul olursa, bu ona zövq verəcək. Konkret olaraq məndən bəhs etsək, işlərim hədsiz çoxdur, hətta harada olduğumu unutmuşam! Çox xoşbəxtəm, 2013-cü ildə beynəlxalq jurnallarda 16 məqaləm çıxdı. Bundan başqa, 2014-cü ilin başlanğıcında daha bir məqaləm yüksək impakt faktora malik jurnalda qəbul edildi. İmpakt faktor haqqında onu demək istəyirəm ki, bu göstərici müasir elmdə, beynəlxalq aləmdə ən optimal qiymətləndirmə sistemi hesab edilir, yəni işin keyfiyyətini ifadə edir. Bu mənə yaxşı stimul verir başlanğıc üçün, başqa səbəblər də var ...

- Sizcə, Azərbaycanda elmin inkişafının qarışısını alan səbəblər hansılardır?

- Elmin inkişafının qarşısını çoxlu kompleks problemlər alır. Bu sahədə qısa müddətə inqilab etmək mümkün deyil, ancaq bu o demək deyil ki, biz zamanı gözləməliyik, yaxud kimsə bizim elmimizi gəlib inkişaf etdirəcək. Problemləri aşağıdakı punktlar vasitəsilə ifadə etməyə çalışacağam:
1. Əsas məsələ ondan ibarətdir ki, dünya elmi ədəbiyyatı ingilis dilindədir. Ona görə də, hesab edirəm ki, orta məktəblərdə ingilis dilli bölmələr yaradılmalıdır. Tezliklə bütün ölkə üzrə ingilis dilli təhsilə keçmək lazımdır. Çünki yeni elmi fikirləri orijinal mənbədən əldə etməliyik. İndi vəziyyət isə belədir. Əvvəlcə Qərb elmində çıxan yenilik təqribən 5 il sonra rus dilinə tərcümə olunur, ondan da 1-3 il sonra Azərbaycana çatır, yəni biz orijinal ideyanı 10 il sonra görürük. Bu elmdə çox böyük geriləməyə səbəb olur. Mənim şəxsi fikrim odur ki, Azərbaycan bölməsi ilə paralel ingilis dilli bölmələrin yaradılması tək elm sahəsi üzrə deyil, bütün sahələr üzrə vətənimizin inkişafına güclü təsir göstərəcək, bu xususi əhəmiyyətli məqamdır;

2. Ali məktəblərdə yaxşı elmi bazalar yaradılmalıdır, məsələn,  Bakı Dövlət Universitetindəki kimi. Yəni orada ən azı müasir elmi iş görmək üçün lazım olan vasitələr mövcuddur. Türkiyədə, Çində və başqa inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da böyuk universitet şəhərcikləri yaradılmalıdır;

3. Bakalavr mərhələsindən sonra ali təhsil almış oğlanlara magistraturaya sənəd vermək üçün hərbi xidmətdən möhlət hüququ vermək lazımdır, onsuz da onlar qəbul olunmasalar yenə hərbi xidmətə gedəcəklər,  yəni  burada 3 ay itki məsələsi var. Əks təqdridə, o mühitdən ayrılan insanın elmə qayıtması çətin olur. Bundan başqa magistraturadan sonar doktorantura mərhələsinə keçiddə də möhlət hüququ olmalıdır. İnsanların şansını, həyatını belə yararsız qanunlarla məhv etmək olmaz;

4. Birmənalı olaraq, Azərbaycan dilində mövcud olan elmi jurnallar yığışdırılmalıdır. Reallıq ondan ibarətdir ki, orada yazılan elmi işlərdən dünyada heç kimin xəbəri yoxdur;

5. Bütün universitetlərdə beynəlxalq elmi jurnallara və axtarış sistemlərinə giriş təmin edilməlidir. Bu xidmətlərin bahalı olmasına rəğmən buna sərmayə qoymağa dəyər;

6. Elmlə təhsil bir yerdə olmalıdır, yəni,  akademiyanın bütün institutları uyğun profil üzrə ali məktəblərə verilməlidir. Akademiya Avropadakı kimi formal qrum olmalıdır ki, orada da dünya elmində sözünü demiş insanlar təmsil olunmalıdırlar. Məsələn, H-indeksi 30-dan yüksək olan, xaricdə özünün elmi qrupunu yaratmış və tanınmış azərbaycanlı alimlər Akademiyanin üzvü olmalıdırlar. Qeyd edim ki, bunlar kifayət qədərdirlər. Yəni Tomson “Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində H-indeksi 30-dan aşağı olan insan heç o Akademiyanın həyət qapısına da yaxın düşməyə cəsarət etməməlidir. Keyfiyyət göstəriciləri yüksək olan alimlər isə ölkə elminin strategisayını müəyyən etməlidirlər.

7. Fikrimcə, ISI Web of Knowledge axtarış sistemində 5 məqaləsi çıxmayan doktoranta fəlsəfə doktoru, 40-dan çox məqaləsi olmayana isə elmlər doktoru adı verilməməlidir. Yəni Ali Attestasiya Komissiyası bu sistemdən geniş istifadə etməlidir;

8. Görün vəziyyət nə həddədir ki, akademiyada “turniket sistemi” tətbiq edilir, yəni alimlər mədəni olaraq türmə vəziyyətində saxlanır. Alim sərbəst olmalıdır. Hesab edirəm ki, bu məsələni çox sadə yolla həll etmək olar məsələn, kimya üzrə fəlsəfə doktoru ildə ISI Web of Knowledge sistemində görsənən jurnallarda 2 məqalə çıxarmalıdır,  yoxsa o insan işini daimi itirməlidir. Elmlər doktoru isə 4 və s. Yəni məqsəd nəticəyə hesablanmalıdır. İmkan vərmək lazımdır ki, alimlər altıncı və bazar günləri də işlədiyi müəssisəyə daxil ola bilsin. Həm də müəlliflərin sayına məqalələrdə qadağa qoyulmalıdır. Başqa elm sahələrində isə məqalələrin sayını artırıb və ya azaltmaq olar. Yəni ilin sonunda sənin hesabatından asılı olaraq növbəti ildə davam edəcəyin və ya dayanacağın məlum olmalıdır. Kimsə təyin olunmuş kriteriyanı 1 aya həll edə bilirsə bu da məqbul hesab edilməlidir. Sonra şəxsin 11 ay işə gəlib və ya gəlməməsi onun öz işidir. Məsələn burada biz bəzən gecə saat 02.00 kimi işləyirik.

9. Sabah başqa səbəb də deyə bilərəm çünki sabah bu gün olmayacaq!


- Hazırda Lissabonda çalışırsınız. Oradakı elmin inkişafı ilə buradakı elmin inkişafı
arasındakı fərqdən danışa bilərsinizmi?

- Sözsuz ki, fərqlər var, məsələn dünya ədəbiyyatında 1900-2014-cü illər arası Portuqaliyanın adı ilə 309854, Bütov Azərbaycanın adı ilə isə 14437 elmi iş var. Ancaq əhalinin sayı demək olar ki, eynidir (təkcə Şimali Azərbaycanı nəzərdə tutsaq). Portuqaliyanın elmə aid özünün xüsusi qanunları yoxdur. Avropa Birliyinə daxil olduqları üçün hamısının elmə yanaşması demək olar ki, eynidir. Onların da müxtəlif fondları var, ancaq qiymətləndirmə çox şəffaf olur, qiymətləndirmək üçün ölkə daxilinə heç bir müsabiqə sənədi göndərilmir. Bundan başqa bütun universitetlərdə istənilən vəzifə üçün internetdə açıq elan verilir, 2-3 ay əvvəldən dünyanın bütün nöqtəsindən hamı sənəd təqdim edə bilər. Sonra kimin CV-si güclüdürsə, həmin post onun olur. Təsadüfi deyil ki, çoxlu Portugaliya vətəndaşının qazana bilmədiyi postları xarici vətəndaşlar tutur. Məsələn bizim qrupda 25 nəfərdən 17-dən çoxu Portuqaliya vətəndaşı deyil. Yəni bu müsabiqələrin sayəsində hər kəs layiq olduğu yerdə olur, yekunda həmin ölkə qazanır.

- Azərbaycanda keçməyən layihəniz ABŞ-da ən yaxşı elmi jurnallarda çap olunur və ona istinad da edilir. Buna nə ad vermək olar?

- Buna sadəcə olaraq özbaşınalıq demək olar, yəni  mən istədiyimi edirəm,  məndən heç kəs hesab sora bilməz. Bu bəzi "alimlərin" beynində formalaşmış steriotipdir. İndi də XIX əsrdən məlum olan projeni maliyyələşdirirlər. Reallıq odur ki, mənim üçün bütün dünya açıqdır!

- Azərbaycan elminin gələcək potensialının qarşısını alan səbəblər hansılardır?

- Əvvəldə qeyd etdiyimiz problemlər həll olunarsa, istədiyimiz nəticəyə nail ola bilərik. Bundan başqa bütün təşkilatlar yəni universitetlər və ya tədqiqat institutları hər bir elmi məqaləyə görə müəllifə yaxşı qonarar verməlidirlər. Məsələn, Çində impakt faktoru 1.00 olan jurnalda məqalən çıxıbsa, universitet 1000 avro verir. İmpakt faktor 2.00 olduqda isə 2000 avro və s. beləcə davam edir. Yəni insanlar marağı olduğu üçün bütün günü tədqiqatla məşğul olur. Bu isə həmin universitetin dünya universitetlərinin reytinq cədvəlindəki yerinə təsir edir. Ölkənin elmini inkişaf etdirmək üçün insanlarda maraq olmalıdır. Təbiətin tarazlığını gözləmək üçün elm sahəsində çalışan insan cəmiyyətdə hamıdan yaxşı yaşamalıdır.

 - Avropadan baxanda Azərbaycan elmi nəyə bənzəyir?

- İki formada görsənir: 1) dünyadakı prosesləri duyub və müasir elmi iş görməyə cəhd edən insanlar, təəssif ki, bunlar çox azdır; 2) "yumurtanın" içində özünü "alim" hesab edənlər. Acınacaqlı hal odur ki, bu tiplər ümumiyyətlə,  heç kimi dinləmək qabiliyyətində deyillər. Məsələn, bir gənc doktorant onun elmi rəhbərinin verdiyi mövzunu adi "google " axtarış sistemində yoxlayib, görüb ki, məlumdur. Vəziyyəti elmi rəhbərinə deyəndə, onun cavabı nə olub bilirsiniz? "Sən məndən çox bilirsən! Nə deyirəm onu et" və hirsini o gəncin üzərinə töküb. Bu Azərbaycan elmi üçün ağlamalı bir epizoddur.

- Elm nədir? O, bəşəriyyətin inkişaf mexanizmində nə kimi rol oynayır?

- Elm çoxarqumentli funksiyadır. O arqumentlərin hamısını bilmək mənim imkanlarım daxilində deyil. Düzgün və sağlam həyat, vicdanlı olmaq, bəşəriyyət üçün yeni nə isə etmək, vətənini sevmək, sevdiyini yaşatmaq!... - bu və bu kimi ifadələr elmin özünəməxsus məqamlarının ifadəsidir.

- Elmlərin inteqrassiyası bu gün nə dərəcədə lazımdır?

- İndiki dövrdə elmləri ayrı-ayrılıqda təsəvvür etmək mümkün deyil. Artıq onlar bir-birinə inteqrasiya olunub. Məsələn,  müasir kimyanı riyaziyyat, kristalloqrafiya və fizikanın metodları olmadan təsəvvür etmək mümkün deyil. Artıq istənilən elm sahəsi "multidisciplinary" (çoxistiqamətli) xarakterlidir, ona görə də onun digərləri ilə kəsişməsi təbiidir. Təsadüfi deyil ki, elmlərin kəsişməsində yaranan yeni elmlər sahəsindəki kəşflər daha çoxdur nəinki onların özlərində.

- Gənc həmkarlarınıza tövsiyələriniz...

- Öz işinə tənqidi yanaşmaq, heç kimi təkrar etməmək. Həyatını sözün həqiqi mənasında elmə həsr etmək. Əgər bu belə deyilsə geri çəkilmək, özünü və ətrafındakıları aldatmamaq gərəkir.  İnnovativ olmaq və fərqli fikrləri analiz etmək bacarığını tövsiyə edərdim.

- Vətəndə sizin qarşınızı kəsən adamlar oldumu?

- Xeyr, mən həmişə böyüklərin hörmətini saxlamışam. Yəni öz həddimi bilmişəm və onlar da mənə öz balaları kimi münasibət bəsləyiblər. Qeyd edim ki, "elmi dilin" varsa, həyat hər mənada gözəldir. Hər kəsə uğurlar diləyirəm.

Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Kamalə ABİYEVA
22.01.2014, 06:20

Çox bəyəndim.Sağ ol Elmin.Heç olmasa belə elə adamlarını tanıyırıq.Həm də təəssüfləndim-vaxtında qiymətini bilmirik.Bu insanı yəqin Azərbaycan xalqı tanımır.Yenə təşəkkür.

vetendash
22.01.2014, 21:14

Hormetli Kamran muellim, Biz sizin ugurlariniza sevinirik ve alqishlayiriq. Sizin musahibenizi diqqetle oxudum. Bezi meselelerle bagli oz fikirimi bildirmek qerarina geldim. Ilk once butun olke uzre ingilis dilli tehsile kechmek fikirinizle razi deyilem. Beli, shagirdlerin ve telebelerin ingilis dilini mukemmel oyrenmeleri uchun mueyyen tedbirler heyata kechirilmelidir. Bir chox Avropa olkeleri chalishirlar ki, dissertasiyalar oz dillerinde yazilsin ki, oz dilleri de inkishaf etsin. Sizinle tam raziyam ki, elmin dili ingilis dilidir. Odur ki, elmle meshgul olan insanlarin magistraturada ve doktoranturada intensiv ingilis dili kursu kechmeleri chox faydali ola biler. Daha sonra gosterirsiniz ki, birmenali olaraq Azerbaycan dilinde olan jurnallar yigishdirilmalidir. Bu ciddi muzakire movzusudur. Akademiyanin institutlarinin universitetlere verilmesi meselesi yalnish yanashmadir. Eger siz universitetden yox akademiyadan chixmish olsaydiniz hansi teklifi verecekdiniz? Universitetlerde burokratiyanin oldugunu siz de bilirsiniz. Lap Baki Dovlet Universitetini goturek, Siz yaxshi bilirsiniz ki, rektorun qebuluna dushmek uchun hansi merhelelerden kechilmelidir. Ve yaxud ne vaxtsa eshitmisiz ki, universitetde hansisa kafedra vakant muellim yeri elani verib ve alimler ora sened gonderir ve en guclu sechilir. Belke de musteqillik illerinde hech bir universitetin heyatinda belə hadise bash vermeyib. Umumiyyetle, eger akademiyada ishchilerin 90%-i pulsuz ve tapshiriqsiz ishe ve ya doktoranturaqa qebul olunursa, bu faiz universitetlerde 2-3 %-i kechmez. Indi deyirsiniz akademiyanin institutlari bele qurumlara verilsin??? Akademiyada qurashdirilan turniket sistemine de munasibet bildirmeden keche bilmirem. Hormetli Mahmud muellim, istersiniz siz de bir arashdirma aparin ve sonra semimi yazin ki, hansi inkishaf etmish olkelerde turniket ve ya kart sistemi yoxdur? Turniket sistemi beyem o demekdir ki, akademiyanin ishcileri gece saat 2-ye kimi ishleye bilmezler? yoxsa onlar 6-bazar ishe gele bilmezler? Qetiyyen bele deyil. Men akademiyada ishlediyim uchun bunu daha yaxshi bilirem, biz istediymiz vaxta kimi lab-da qalib ishleye bilerik ve shenbe-bazar gunleri de institutdayiq. Azerbaycanda layihenizin kechmemesine chox teessuf edirem, amma bu o demek deyil ki, gelecekde sizin layiheler kechmeyecek. Bu movzuya evvelki musahibenizde de chox keskin munasibet bildirmishdiniz, amma bilmelisiniz ki, elmin inkishafi fondunun yaradilmasi Azerbaycan elminin inkishafina chox guclu tekan verir. Bele bir arqument getirmishdiniz ki, 3 milyonluq layihenin neticesinde neche meqale chap olunub. Bu yanashma da duzgun deyil. Elmin inkishafi fondu helelik chalishir ki, Azerbaycanda elmi bazalar yaradilsin, elmi bazalar olmadan elm inkishaf ede bilmez. Bu alinan avadanliqlarin behresini bir neche ilden ve ya 5-7 ilden sonra goreceyik. Ele bilirsiz ki, indi sizin chalishdiginiz Portuqaliyada her shey birden qurulub? Infrastrukturu qurmaq ishin en chetin terefidir. Bu nesil bunu quracaq ve inshallah gelecek nesiller de onda ishleyecek. Daha sonra burdaki alimler haqqinda dediyiniz fikirleri de qebul etmirem, bilmelisiniz ki, bu insanlar 150-200 manatla nese etmeye chalishirlar. Daha sonra AAK-da verdiyiniz meslehete munasibetimi bildirim. Chox sehf yanashmadir. ISI-de 5 meqalesi olana felsefe doktoru, 40-dan chox olana ise elmler doktoru adi verilsin. Chox Avropadan misal getirisiniz, bu qaydanin hansi olkede oldugunu da misal cheke bilersinizmi? Men deyim bir nechesini- Almaniyada doktorant uchun ele bir shert qoyulmur ki, neche meqalen chixmalidir. Fransa ve Avstraliyada da felsefe doktoru uchun bir meqalenin olmasi sherti var. Elece de dunyada elmin merkezi hesab olunan Amerikada da bir meqale shert kimi qoyulur. O ki, qaldi elmler doktorluguna, deye bilersinizmi hansi inkishaf etmish olkelerde elmler doktoru derecesi var? Meselen, Amerika, Ingiltere, Kanada, Avstraliya, Turkiye ve Yaponiyada bele bir shey yoxdur. Avropanin bezi olkelerinde ise habilation var ki, o da bizim elmler doktorlugu derecesine uygun deyil, tamam bashqa sistemdir. Siz elmler doktorlugu mudafie etdiyiniz uchun ise teklif ede bilmirsiniz ki, bu derece yigishdirilmalidir, eger esas meyar beynelxalq meqaleler ve onlara edilen istinadlardirsa onda elmler doktoru derecesinin ne ehemiyyeti var? Isterdim ki, size bir meseleni de deyim. Kamran muellim, siz elmde hele yenisiniz, amma chox gozel neticeleriniz var ve inshallah chox gozel de geleceyiniz olacaq. Elmde choxdan chalishan ve neticeleri de sizinkinden 40-50 defe chox olan Azerbaycanli alimler (hal-hazirda Amerika ve Ingilterede yashayan) sizin kimi sert danishmir ve bishmemish teklifler vermir. Qorxuram ki, sizin tekliflerinizi esas goturenler tapilsin, ona gore bunlari yazmaga mecbur oldum. Ishlerinizde ugurlar.

Kamran T. Mahmudov
22.01.2014, 23:57

Hormetli adini yazmaga cesareti chatmayan ,,alim,,! Chox sag olun menim ugurlarima ,,sevindiyiniz,, uchun. Teqriben bilirem kimsiniz, ne etdiyinizi de bilirem. 10 deq vaxtim gedecek, olsun. Commentlerinizden savadinizin Bileceriden beri terefe (men Lisbondayam) chatmadigi achiq-aydin gurunur. 1. Yazirsiniz ,,elmle meshgul olan insanlarin magistraturada ve doktoranturada intensiv ingilis dili kursu kechmeleri chox faydali ola biler,, Buna deyirler 60-da oyrenen gorunda chalar, yaxshi. Maraqlidir orta mektebden ingilis dili bilgisi olmayan telebeler magistraturada ve doktoranturada onu nece tez menimseye bilecekler! ve Siz onlari haradan tapacaqsiniz! 2. Yazirsiniz ,,Chox Avropa olkeleri chalishirlar ki, dissertasiyalar oz dillerinde yazilsin,, Men neche ildir Avropadayam hele bunlarin oz dilinde Dissertasiya yazdigini gormedim. Bir de ki, sohbet muasir elmin dilinden gedir! Belke gelib bunlara agil veresiniz! 3. Sizin Akademiyadan chalishdiginizi ve ne yolla hansi postda oldugunuzu bilirem, onun uchun bu suali vermeyiniz tebiidir. Birincisi interview-de menim cavabimi diqqetle oxuyun. Avropada Akademiya formal bir qurumdur. Bir de men dememishem ki, BDU-da sechkiler kechirilir her bir post uchun (qara yaxmayin). 4. Yazirsiniz ,,hansi inkishaf etmish olkelerde turniket ve ya kart sistemi yoxdur?,, Avropada elmi muessilerde ele sistem yoxdur. Onu burada kime ise desen sadece sifet cizgileri deyishecek, soz demeyecek. Yani sozun bitdiyi an OK! 5. Yazirsiniz ,,Bele bir arqument getirmishdiniz ki, 3 milyonluq layihenin neticesinde neche meqale chap olunub. Bu yanashma da duzgun deyil. Elmin inkishafi fondu helelik chalishir ki, Azerbaycanda elmi bazalar yaradilsin, elmi bazalar olmadan elm inkishaf ede bilmez. Bu alinan avadanliqlarin behresini bir neche ilden ve ya 5-7 ilden sonra goreceyik.,, Aglamali hal odur ki, men kimyachi oldugum uchun deqiq bilirem ki, indi de XIX esrden melum olan ishi maliyyeleshdirirler. Bundan bashqa, o 3 milyonu verdikleri ,,alimin,, adi ise dunya elminde yoxdur. Bileceriden Siz terefde o ,,alimdir,, . Siz ise 5-7 ile yox 50-70 il gozleyin onun neticesini. ALLAH Size sebr versin. 6. Yazirsiniz ,, ISI-de 5 meqalesi olana felsefe doktoru, 40-dan chox olana ise elmler doktoru adi verilsin. Chox Avropadan misal getirisiniz, bu qaydanin hansi olkede oldugunu da misal cheke bilersinizmi? Menim cavabimi diqqetle oxuyun, men orada dememishem ki, Avropada beledir (qara yaxmayin). Bunlari men ona gore demishem ki, Azerbyacanda elm sahesi Sizi kimi ,,alimlerden,, temizlensin. 7. Yazirsiniz ,, Avropanin bezi olkelerinde ise habilation var ki, o da bizim elmler doktorlugu derecesine uygun deyil, tamam bashqa sistemdir,, Siz hele ,,habilation,, sozunun orijinalinin nece oldugunu oyrenin sonra elmden danisharsiniz. O elmi derece ele bizim elmler doktoru derecesine ekvivalentdir. 8. Yazirsiniz ,, Kamran muellim, siz elmde hele yenisiniz, amma chox gozel neticeleriniz var ve inshallah chox gozel de geleceyiniz olacaq. Elmde choxdan chalishan ve neticeleri de sizinkinden 40-50 defe chox olan Azerbaycanli alimler (hal-hazirda Amerika ve Ingilterede yashayan) sizin kimi sert danishmir ve bishmemish teklifler vermir. Qorxuram ki, sizin tekliflerinizi esas goturenler tapilsin, ona gore bunlari yazmaga mecbur oldum. Ishlerinizde ugurlar. Sizin mene neyi nece demeyin ve yerimin harada oldugunu gostermeyinize ehtiyac yoxdur. Yeqin ki, buna savadiniz chatmaz, cunki bu commentlerinizden harada oldugunuz zaten melum! Birincisi ozunuz haqqinda danishin gorek elmden choxdan chalishmaqla ne edibsiniz. Ikincisi o xaricde olan alimleri men Sizden yaxshi taniyiram. Size xatirladim ki, Azerbaycanin elm tarixinde onun adi ile en yuksek impakt faktora malik jurnalda 2 meqaleni men chixarmisham, ona gore de neye ise haqqim chatir. Onlarin da Azerbaycanin adi ile neche meqale chixardiqlarini ortaya qoyun yaxshi! Hormetle, kamran P.S. Sene ve Seni kimilere bir daha cavab yazmayacam, buna vaxtim yoxdur. Onsuz da eyri ele eyrinin ozudur!

Aynurə Paşayeva
23.01.2014, 18:32

Gözəl müsahibədir. «Əvvəlcə Qərb elmində çıxan yenilik təqribən 5 il sonra rus dilinə tərcümə olunur, ondan da 1-3 il sonra Azərbaycana çatır, yəni biz orijinal ideyanı 10 il sonra görürük. Bu elmdə çox böyük geriləməyə səbəb olur». Ələxsus da bu fikri ilə tamam razıyam.

Akademik
25.01.2014, 08:44

Hörmətli gənc alim, biraz təvazökar olsaydın kaş! Hə, 80 məqalən var, 800 də olacaq bu gedişlə. Hələlik anlaşılan odur ki, elmdə bütün nəticələrindən yüksək nəticən kiminlə nə zaman şəkil çəkdirməyi öyrənməyindir. .

Ədəbiyyatçı
26.01.2014, 08:39

Müsahibəni və şərhləri oxudum! Olduqca maraqlı və müzakirəyə layiq problemlər qaldırılıbdır! Kamran müəllimin elmi nəticələri qürur doğurur! Amma onun "Vətəndaş"la mübahisə tərzini, ahəngini bəyənmədim! Gərək o öz sözünə - "Mən həmişə böyüklərin hörmətini saxlamışam. Yəni öz həddimi bilmişəm və onlar da mənə öz balaları kimi münasibət bəsləyiblər. Qeyd edim ki, "elmi dilin" varsa, həyat hər mənada gözəldir." sözlərinin məğzinə layiq cavab verəydi! O ki. qaldı "TURNİKE" məsələsinə, bu olduqca absurd bir qaydadır! Bu "Arxipelaq Qulaq" qaydasıdır! Alimi, yaradıcı adamı "Zəngdən-zəngə" işlətmək olmaz! Yaradıcı adam sutkanın 24 saatını işləyir! Yuxuda o qədər əsər yazmışam, o qədər yaradıcılıq ideyaları tapmışam! Xüsusən, ictimai elmlərdə, ədəbiyyat sahəsində "TURNİKE" üsulu yararsız bir üsuldur! Bizim labaratoriyamız evimizdədir, yazı masamızın üstündədir! Bu iş tənhalıq, təklik istəyir! Evdə işləyəndə də, çox vaxt, demək olar ki, həmişə ədəbiyyat adamı gecələr, dan yeri sökülənə qədər işləməli olur! Bəs bunu hansı "TURNUKE" qeydə alır, ay baş bilənlər?? Bir də, Akademiyanın bütün əməkdaşları müqavilə əsasında, illik fərdi elmi yükü yerinə yetirirlər. İlin sonunda Sənin o "TURNİKEN", sənin o robotlaşmış qafan yüksək səviyyədə yazılmış elmi işi, elmi nəticəni qəbul etsin, yoxsa alimi "buxovlamasın" !! Məlumunuz olsun ki, yaşı 80-ni keçmiş Akademiyanın Prezidenti indi Akademiyada işləyənlər üçün yaş məhdudiyyəti senzini irəli sürüb və müdriyyətlərə belə bir göndərişlə, yuxarılara belə bir qətnamə ilə müraciət edibdir! Bəs onda bu Cənab özü hansı yaş senzi ilə vəzifədə qalacaq?? Alimin gənclik enerjisi və müdriklik yaşı var! Alimin məhsuldarlıq dərəcəsi var! Moskvalı Yuri Borisoviç Borev - böyük estetikin 90 yaşı var, üç yerdə işləyir və yüksək məhsuldarlıqla fəaliyyət göstərir! Eləcə də bizim alimlərin bir çoxu!! Elmdə varislik ənənələrini pozmaq olmaz, bu ictimai fəlakət doğurar! Sələflər və xələflər hər bir sahədə, xüsusilə elmdə vacib məsələlrdəndir! Elmə, alimə azadlıq! Məhv olsun qaxsımış beyinlər, elmi qandallıyanlar!!

Nazir
27.01.2014, 04:46

Hermetli akademik! Alime qara yaxmayin. O kiminse shekil chekdirmekle qabaga getmeyib, megale yazmayib, bu shekil ona BDU-da fexri ferman verilende chekilib. Kamran hegigeten istedadli oglandir, elbette bezi meselelerle men de razi deyilem. Azerbaycan realligi, burada elmle meshgul olmagin sheraiti, alimin maddi durumu nezere alinmalidir. Mehz sonuncu sebebden genc alimler eleme yaxin durmaq istemir, xusuile de Elmler Akademiyasina.

BDU-dan
27.01.2014, 06:46

Beli Akademik muellim, 1. Adini qorxundan yaza bilmirsen ki, Kamran muellim Tomson “Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində Sizin neticeleri de oz neticesini de burada verer biabir olarsiniz. Yeqin ki, adiniz "it defterinde de yoxdur" olsa indi adinizi achiq yazardiniz. 2. Sizin maashiniz 1500 AZN-dir, yani bizim budceden alirsiniz o pulu, Kamran muellim ise 1500 avronu bashqa olkeden alir, Azerbaycanin adi ile 16 meqale chixarib bu il. Bes Siz nechesini chixaribsiniz? 3. Senin kimilerin shexsi shoferi var bir de boyuk qalstuku, alimlik olmasa da olar. Esas xarizma olsun bu memleketde. Kamran muellimi ise adi bir qalosh geyinen gede Bakida avtobus dayanacaginda toza basdirir. Mehz buna gore de o bu gun burada deyil. 4. Abel muellim Sovet dovrunde Moskva Dovlet Universitetinde mudafie edib yani bu onun savadli alim oldugunu subut edir. Abel muellim Kamranin elmi meslehetchisi olub, yani onun yetirmesidir. Siz neche alim yetiribsiniz? 5. Azerbaycanda Kamrana hech kimin 1 qepik de vermediyini men shexsen bilirem. Kim ona bir qara qepik veribse yazsin buraya. Onun Azerbaycanli genc alimler uchun Portuqaliyada spektr chekdiyini de bilirem, bizim uchun pullu olan meqalelerin pdf-leri gonderdiyini de. 6. Kishi kimi adinizi yaza bilirsinizse yazin yoxsa akademik adini alanda susdugunuz kimi bir defelik susun!

Günel
29.01.2014, 07:56

Müsahibə üçün təşəkkürlər."Tomson Röyters”, "Web of Knowledge" Azərbaycana hələ yol tapmayıb, inşallah 10-15 ilə, amma hal-hazırda bu, elmdə bəlkə də ən aktual məsələdir. 2012-ci ildə bu sahədə uğurlara imza atmışTürkiyəli alim (adı səhv etmirəmsə Mehmet idi) öz imkanları ilə Azərbaycana gəlmişdi ki, "Scientometrics","Web of Knowledge" barədə məlumat versin.BDU -da uzun mühazirə dedi,mühazirə bitdikdən sonra alimlərdən biri arxaya çöndü,üzünü qalanlara tutub dedi ki, "siz bir şey başa düşdünüz?" Türkcə başa düşmürdülər, ingiliscə deyilən terminlərin isə heç yanından da keçmirdilər.Yaşlılar üçün artıq gecdir, "gorunda çalmaq" məsələsi çox düzgündür,amma əslində onların da ingilis dilini bilməməkləri onların öz səhvləridir. 60-70 il bundan əvvəl ingilis dili tədris olunurdu,bilmirlərsə,deməli öyrənməyiblər,mən 60 neçə yaşında olub ingilis dilini bilən Azərbaycan alimləri tanıyıram. Amma ən dəhşətlisi odur ki,mənim yaşıdlarım (25yaşım var) doktorantura pilləsində təhsil alırlar və ingilis dilini bilmirlər,rus dilindən isə ümumiyyətlə xəbərləri yoxdur.Bilmirlər, əccəb edirlər. Bəs yaxşı onların doktorantura pilləsində nə işləri var?

Dahi
30.01.2014, 10:17

Kamran muellimi men de shexsen taniyiram. Musahibedeki fikirleri ile tamamile raziyam. Akademiya sisteminde turniket "turme" tetbiq edilmemelidir. Amma ISI Web of Knowledge sisteminde gorsenen 2 meqale cixarmaqla felsefe doktoru derecesi alinsin fikri Hal-hazirki sheraitde bir qeder qeyri-realdir. Bizim onde geden " professorlarimiz" hele ilde 1 meqale cixarsinlar gorek. O ki qaldi felsefe doktorlari. Nufuzlu jurnallarda meqale cixartmaq cox cetin ishdir. Odur ki, Kamran muellim, tam suretle ireli...Ugurlar.

biteref
30.01.2014, 10:19

Arada bu genc alim haqqinda oxuyuram. Ozum de gencem. Chohlu eserleri var. Neticeye soz ola bilmez. Lakin bir az tevazokarligi yohdur. Butun musahibe ve kommentlerinde "Tomson Röyters” ve s. -re istinad edir. Sanki hec kimin ede bilmediyini men edirem. Bele bir giymetlendirme evvel yoh idi. O demek deyil ki, fundamental ve tedbigi tedigat enenelerimiz yohdur. Hetta deyerdim ki, eksine. Bizden evvelki nesillerin ugurlarini belke de biz he4 vaxt tekrarlaya bilmerim..tekrarlamaq umidi ile. Kamran gardawimiza ugurlar dileyirem. Allax bilir ki, gerezsiz ve semimi duwunduyumu yazdim. Sadece kenardan bir muwahide4i kimi gorduklerimi boluwdum..

Dahi
30.01.2014, 10:35

Kamran muellimin musahibedeki fikirleri ile tamamile raziyam. Xususen akademiya sisteminde turniket " turme" fikrile. Lakin felsefe doktoru ISI web of Knowledge sisteminde gorsenen 2 meqale cixartmalidir fikri hazirki veziyyetde bir qeder qeyri- realdir. Bizim hele onde geden " professorlarimiz " 1 meqale cixartsinlar gorek alinir. Bu cox cetin ishdir . Odur ki, Kamran muellim, tam suretle ireli. Ugurlar !

Alim
03.02.2014, 04:24

Elmi diskussiyalarda "bitereflik" olmur ay gozel insan! Elmde birtereflidir her shey! yani elm, fakt! Onu taniyirsan! ne bilirsen ki, o tevazokar deyil. Impakt 11 olan jurnalda Azerbaycandaki alimler meqale chixarsa indi butun respublika ondan danishirdi. Insana bohtan atma! O tevazokar olmalidir! savadsizlar da onun bashina chixmalidir! Musahibede gosterilib ki, "dünya ədəbiyyatında 1900-2014-cü illər" yani o demekdir ki, 1900-cu ilden dunya elminde ne edilibse hamisi "Tomson Röyters”, "Web of Knowledge" axtarish sisteminde var. Sizden evvelki nesiller ne edibse o da orada var bildin! Hemin nesilden ise hech kim impakt 11 olan jurnalda Azerbaycanin adi ile meqale chixarmayib!

Ramiz
10.02.2014, 07:29

Gənc alimimizi müsahibəsini oxudum, gözəl təklifləri var və onu üzərində səlahiyyət sahiblərimizin, aidiyyəti orqablarımızın işləməsi mütləqdir. Kişi öz fikirlərini təkliflərini verir ki, ELM-Təhsil sahəsində geriləməni dayandıraq, inkişaf haqqında düşünək. İnkişaf etmiş Avropa və dünya ölkələrinin sınaqdan çıxarılmış təcrübələrindən bəhrələnməliyik Qərb, ABŞ və Yaponiya-Koreya elmində çıxan yenilik təqribən 5 il sonra rus dilinə tərcümə olunur, ondan da 5-8 il sonra Azərbaycana çatırdı. İndiki dövrdə isə orijinal ideyanı 15-20 il sonra görürük. Bu elmdə çoox böyük geriləməyə səbəb olur. Fikrimcə Azərbaycan bölməsi şagirdləri 1 sinifi sırf Ana dili mükəmməl tədris olunmalıdır, 2-sinifdən İngilis dili, 3-cü sinifdən rus dili əlavə olaraq normal tədris olunmalıdır odur və 5-ci sinifdən şagirdlər normal olaraq İngilis-rus dillərində normal oxuyub yaza bilməlidirlər, Bacarmayanlar Sinifdə qalmalıdırlar. Sinifdə qalmaq istəməyənlər peşə məktəblərinə hansısa ixtisas əldə etməyə gedə bilərlər. Təhsil nazirliyimizin, Elmlər Akademiyamızın və Parlamentimizin Elm-təhsil bölmələrinin bu haqda düşünmələri vaxtı çooxdan çatıb, təssüf ki, əsaslı işlər görünmür. Gənc Alimimizə təkliflərinə görə Çox sağ ol deməkdənsə, qınağ hədəfinə çevirənlərimizə yazıqlar olsun və hələ də müti, yaltaq, saxta hərəkətlərimizi tərgitmək istəmirik. Yazıqlar olsun, savadsız, burnunun ucundan uzağı görə bilməyən ziyallıcıqlarımızı... "Azərbaycan bölməsi ilə paralel ingilis dilli bölmələrin yaradılması tək elm sahəsi üzrə deyil, bütün sahələr üzrə vətənimizin inkişafına güclü təsir göstərəcək, bu xususi əhəmiyyətli məqamdır". El Oğlumuz Alimə uğurku yol, can sağlığı və Xoşbəxt həyat arzulayıram. Savadsız, harınlamış elm-təhsil sahəsində çalışan məmurlarımıza baş qomamağı arzulayıram, bu ElmSizlərə vaxtını sərf etmə, Qozbeli Qəbir düzəldəcək... Bunlara Elmimizin inkişafı, Xalqımızın savaadlanması gərək deyil.

Narmin
19.02.2014, 07:20

Kamran m, sizinle nece elaqe qura bilerem? size derecenizle bagli bir teklifim var.

Eldar
10.02.2018, 00:07

Salam.Məndə Kamran müəllimin verdiyi müsahibəni oxudum. Demək istəyirəm ki, heç kim özünü Kamran Mahmudovla müqayisə etməsin. Çünki 2012 ci ildə Kamran müəllim doktorluğu müdafiə etdikdə onun nəyə qadir olduğunun canlı şahidi olmuşam. Kimya sahəsində onun gördüyü işlər göz qabağındadır. Kimsə özünü görməməzliyə vurursa bu başqa məsələ. Kamran müəllim gözəl insan dahi elm xadimidir.Ona uğurlar arzulayırıq!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?
13.11.2018, 17:37

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

Deputat qiymət artımına etiraz etdi
13.11.2018, 17:11

Deputat qiymət artımına etiraz etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  
13.11.2018, 16:51

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  
13.11.2018, 16:48

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  

ARXİV