21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Azərbaycanlı deputatlar Rumıniyadakı beynəlxalq konfransda iştirak ediblər (fotolar)
Azərbaycanlı deputatlar Rumıniyadakı beynəlxalq konfransda iştirak ediblər (fotolar)
23.06.2010, 12:06

Heydər Əliyev Fondunun təşəbbüsü, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Rumıniyadakı Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun və Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Rumıniyanın təhsil mərkəzi olan Kluj-Napoka şəhərində “Şərq və Qərb arasında dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu barədə Modern.az-a Azərbaycanın Rumıniyadakı Səfirliyindən məlumat verilib.

Bir sıra ölkələrin şərqşünas alimlərinin, tədqiqatçıların, elm adamlarının, siyasətçilərin və tələbələrin qatıldığı tədbirdə Azərbaycandan millət vəkili və Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, millət vəkilləri Gültəkin Hacıbəyli və Fazil Mustafa, Şərqşünaslıq İnstitutunun alimləri və elmi işçiləri iştirak ediblər.

Konfransın açılış mərasimində Rumıniya prezidentinin müşaviri P.Kovaks, Rumıniya Parlamentinin Təhsil komissiyasının sədr müavini K.İosif, Ruminiyanin mədəniyyət və milli irs nazirinin müavini V.Timiş və Azərbaycan Respublikasının Rumıniyadakı səfiri E.Həsənov çıxış ediblər.     
Daha sonra, Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutu ilə Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum yeni yaradılmış Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun ilk ikitərəfli əməkdaşlıq sənədidir. Memoranduma əsasən, iki institut arasında birgə elmi tədqiqatlar və onların nəşri, Türk və Mərkəzi Asiya xalqlarının tarixi və mədəniyyəti üzrə mühazirələr oxumaq üçün alimlərin qarşılıqlı səfərlərinin təşkili, kitabxanalar və arxivlərdən qarşılıqlı istifadə üçün şəraitin yaradılması, mütəxəssislərin hazırlanması və onların ixtisas kurslarında qarşılıqlı yardımların göstərilməsi, birgə seminar, konfrans və simpoziumların təşkili və bir sıra digər əməkdaşlıq sahələri əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan dövləti adından maddi yardımın göstərilməsi konfransda elan olunub və ayrılmış vəsaitin çeki Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov tərəfindən İnstitutun direktoru Tahsin Cəmilə təqdim edilib. Azərbaycan dövlətinin instituta hərtərəfli dəstəyi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və alqışlanıb. İnstitutda fəaliyyət göstərən Avropada ilk azərbaycanşünaslıq bölməsinin də vacibliyi diqqətə çatdırılıb, səmərəli fəaliyyətinə əminlik ifadə edilib.        

Mərkəzi və Şərqi Avropada yeganə olan və yeni fəaliyyətə başlamış institut türk irsinin, mədəniyyətinin, dilinin, incəsənətinin öyrənilməsi və təbliğ olunmasına, eyni zamanda Rumıniyada və türkdilli ölkələrdə yaşayan xalqlar arasında əlaqələrin daha da yaxınlaşması və möhkəmlənməsinə səy göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın tanınmış ali təhsil müəssisəsində ilk dəfə azərbaycanşünaslığın tədris və təbliğ olunması böyük əhəmiyyət kəsb edir.   Konfransda həmçinin, Rumıniyada təhsil almış və elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş üç azərbaycanlı gənc - İqbal Hacıyev, Fəxri Kərimli və Həmzə Kərimovun kitablarının təqdimat mərasimi keçirilib və böyük maraqla qarşılanıb.    

Tədbirdə “Şərq-Qərb qarşılıqlı əlaqəsində tarixdən ibrətlər”, “Şərq və Qərb arasında dialoq üçün imkanlar və təhdidlər”,  “Yeni beynəlxalq kontekstdə qadın siyasətçilərin və QHT-lərin iştirakı”, “Sivilizasiyalararası dialoqda elm adamlarının rolu” adlı sessiyalar keçirilib.  

Gövhər Baxşəliyeva “Sivilizasiyalararası dialoq prosesində mədəni sintez məsələləri” mövzusunda çıxışı zamanı Azərbaycan dövləti tərəfindən elmin inkişafı, təhsil sistemi sahəsində həyata keçirilmiş islahatlar, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə iştirakçılara dolğun məlumat verib.
Tanınmış azərbaycanlı şərqşünas-alim Aida İmanquliyevanın elmi irsi nümunəsində Şərq və Qərb ədəbiyyatının qarşılıqlı təsirlərini təhlil edib.

Gültəkin Hacıbəyli Azərbaycanın Avropa inteqrasiyası, Azərbaycanla Rumıniya arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunub, “Yeni beynəlxalq kontekstdə qadın siyasətçilərin və QHT-lərin iştirakı” mövzusunda sessiyada çıxışı zamanı qadın siyasətçilərin rolu, Azərbaycanda qadınların hüquqların təmin olunması istiqamətində aparılan islahatlar və işlər, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nəcib və aktiv fəaliyyəti, çox saylı humanist təşəbbüsləri barədə geniş məlumat verib.

Fazil Mustafa “Şərq və Qərb mədəniyyətlərinin uzlaşan və uzlaşmayan nöqtələri mövzusunda çıxışında mədəniyyətlərarası dialoqun sülhə və əmin-amanlığa xidmət etməsini vurğulayaraq, mədəni qapalılığın təhlükəli tərəflərini təhlil edib. Hər üç məruzəçi Azərbaycan haqqında, onun tarixi, reallıqları, problemləri və uğurları barədə ətraflı məlumat verib. Məzmunlu çıxışlar konfrans iştirakçılarının xüsusi marağına səbəb olub.

Tədbirin sonunda növbəti beynəlxalq konfransın gələn ilin may ayında Bakı şəhərində keçirilməsi qərara alınıb. Tədbir Rumıniya KİV-ində geniş işıqlandırılıb.

 

 

 

 


Modern.az          


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
21.01.2019, 13:14

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21.01.2019, 13:09

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

İmişlidə 3 uşaq anası intihar edib
21.01.2019, 12:58

İmişlidə 3 uşaq anası intihar edib

Sabah hava necə olacaq? - PROQNOZ   
21.01.2019, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ  

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21.01.2019, 12:54

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21.01.2019, 12:52

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı
21.01.2019, 12:29

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 
21.01.2019, 12:26

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər
21.01.2019, 12:18

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!
21.01.2019, 11:56

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı
21.01.2019, 11:40

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu
21.01.2019, 11:29

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu

Babək prospekti niyə deformasiyaya uğradı...
21.01.2019, 11:28

Babək prospekti niyə deformasiyaya uğradı...

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı
21.01.2019, 11:16

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı

Şəhidlər xiyabanında “səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA
21.01.2019, 11:03

Şəhidlər xiyabanında səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı
21.01.2019, 10:58

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI
21.01.2019, 10:58

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək
21.01.2019, 10:57

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
21.01.2019, 10:37

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 
21.01.2019, 10:33

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı
21.01.2019, 10:10

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı

Hakerlərimiz 2 min erməninin “e-mail”ni ələ keçirdilər  
21.01.2019, 10:10

Hakerlərimiz 2 min erməninin e-mail”ni ələ keçirdilər  

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR   
21.01.2019, 10:07

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR  

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır
21.01.2019, 10:06

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı
21.01.2019, 10:02

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı

Ağstafada 20 Yanvar şəhidləri anıldı
21.01.2019, 10:00

Ağstafada 20 Yanvar şəhidləri anıldı

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb
21.01.2019, 10:00

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib
21.01.2019, 09:59

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib

Ermənilər kəndlərimizi atəşə tutdu
21.01.2019, 09:41

Ermənilər kəndlərimizi atəşə tutdu

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR
21.01.2019, 09:15

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR

Mehman Cavadoğlunun ailəsində ağır itki
21.01.2019, 08:57

Mehman Cavadoğlunun ailəsində ağır itki

Doğum evlərində yeni standartlar tətbiq ediləcək
21.01.2019, 08:55

Doğum evlərində yeni standartlar tətbiq ediləcək

Firuz Mustafanın anası vəfat edib
21.01.2019, 08:48

Firuz Mustafanın anası vəfat edib

Bu ilin ilk Ay tutulması baş verdi
21.01.2019, 08:29

Bu ilin ilk Ay tutulması baş verdi

Amerikadakı Leyli və Məcnun...    
21.01.2019, 08:26

Amerikadakı Leyli və Məcnun...  

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı
21.01.2019, 08:13

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı

Sabunçu rayonunda dörd otaqlı ev yandı
21.01.2019, 00:45

Sabunçu rayonunda dörd otaqlı ev yandı

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü
21.01.2019, 00:27

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı
21.01.2019, 00:04

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu
20.01.2019, 23:36

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Ağstafada yanğında xəsarət alan qadın öldü
20.01.2019, 23:09

Ağstafada yanğında xəsarət alan qadın öldü

İrana casusluq edən alman zabiti yaxalanıb
20.01.2019, 22:43

İrana casusluq edən alman zabiti yaxalanıb

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU
20.01.2019, 22:22

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU

Rusiya Yaponiya arasında GƏRGİNLİK
20.01.2019, 22:01

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Bakıda sərnişin avtobusu qəza törətdi
20.01.2019, 21:42

Bakıda sərnişin avtobusu qəza törətdi

Qadın əməliyyat zamanı öldü
20.01.2019, 21:22

Qadın əməliyyat zamanı öldü

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi
20.01.2019, 21:06

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi

122,5 min insan işıqsız qalıb
20.01.2019, 20:55

122,5 min insan işıqsız qalıb

Tibetdə 5 bal gücündə zəlzələ oldu
20.01.2019, 20:43

Tibetdə 5 bal gücündə zəlzələ oldu

Azərbaycanın İrana neft ixracı azalıb
20.01.2019, 20:29

Azərbaycanın İrana neft ixracı azalıb

ARXİV