Modern.az

Bir şəklin tarixçəsi: Bakıda bir mehmanxana vardı - bəxti qara “QARABAĞ”

Bir şəklin tarixçəsi: Bakıda bir mehmanxana vardı - bəxti qara “QARABAĞ”

Mədəni̇yyət

4 Mart 2017, 14:47

Yaşlı nəsil yaxşı xatırlayar, 70-ci illərdn 90-cı illərin sonlarınadək Bakıda bir mehmanxana vardı - “Qarabağ” adlanırdı...

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotosu Qarabağ torpaqları kimi bəxti qara gələn “Qarabağ” mehmanxanası barəsindədidr...

Bakının ən gözəgəlimli yerində inşa olunmuş bu mehmanxananın əsası 1974-cü ildə qoyulmuşdu. Mehmanxana 1976-ci ildə istismara verilmişdi.

1989-ci ilə qədər "Turist" adını daşıyan mehmanxanaya sonralar “Qarabağ” adı verilmişdi. Mehmanxana binası uzun illər turizm Bakısının vizit kartı hesab olunub. Təsadüfi deyildi ki, qayalı təpənin üzərində tikilmiş “Qarabağ” 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Dünyanın Memarlıq Ensiklopediyasına" daxil olmuşdu. Bunanın layihəsi isə 1979-ci ildə "Le Korbyuze” mükafatını almışdı.
Mehmanxana binasının memarları B.Şulgin və E.Melxisedekov , konstruktorları K.Kərimov, Q.Şamilov idi.

 Sütunlar üzərində dayanan “Qarabağ” mehmanxanasının unikal memarlıq nümunəsi sayılırdı. O nadir tikinti texnologiyalarının tətbiqi ilə qayalıq üzərində ucaldılmış və sonralar da bir sıra beynəlxalq mükafatlara layiq görülmüşdü.
 
“Qarabağ” mehmanxanası Bakı amfiteatrının daha yüksək hissəsində yerləşirdi və şəhərin bir çox nöqtələrindən aydın görünürdü

Mehmanxananın cənub fasadı şəhərə və dənizə açılmış şəbəkə formasında olmaqla günəşdən qorunur, şimal fasadı isə şahmatvari qaydada tikilmişdi
Mehmanxananın tərtibatında rəssam Oqtay Şıxəliyev və Hacıbala Rəcəbov iştirak etmişdilər.

2004-ci ildə mehmanxa "Uğur 97" şirkəti tərəfindən özləlləşdirildi, sonradan naməlum səbəblərdən bina yerlə-yeksan edildi.

Uzun müddətdir bəxti qara gətirmiş “Qarabağ” mehmanxanasının yeri boş saxlanılır...



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi