24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - Vərəmə yoluxmaq Hacı Məmmədovu keçmiş MTN-dən qurtarıb - Qanqsterdən yeni xəbər var  
Vərəmə yoluxmaq Hacı Məmmədovu keçmiş MTN-dən qurtarıb - Qanqsterdən yeni xəbər var  
12.10.2017, 10:05

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov saxlanma yeri ilə bağlı müəmmalar dolaşmaqdadır.

Modern.az-ın əldə etdiyi məlumata görə, o, hazırda 3 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Saytımıza verilən məlumatda qeyd edilir ki, H.Məmmədov 2016-cı il aprelində səhhətindəki problemlə bağlı 11 il saxlanıldığı hazırki Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Müalicəsi bitdikdən sonra 3 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və hazırda orada saxlanılır.

Məlumatda deyilir ki, KİV-lərdə 3 saylı cəzaçəkmə müəssisəsi işgəncə məkanı kimi təqdim olunsa da, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə dünyada vərəmli məhkumların müalicəsində 1-ci yeri tutan müəssisə sırasına çıxıb. Qanuna əsasən, ömürlük məhbus vərəm xəstəsidirsə, hətta sağalıbsa belə, həmin müəssisədə saxlanıla bilər.

Məsələ ilə bağlı Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a bildirib ki, qanun cəza çəkən məhkumların saxlanma yeri və PX daxilində hərəkəti barədə KİV-də məlumatların verilməsini cəzanı icra edən orqana qəti qadağan edir:

 

“Hətta buna görə inzibati məsuliyyət də nəzərdə tutulub. Bu barədə məlumat yalnız məhkumun öz razılığı ilə ailə üzvlərinə və vəkilinə verilir. Həmin şəxslərin istəyinə əsasən bu barədə məlumat ictimailəşir”.

 

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da ozamankı Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə nəfər ömürlük azadlıqdan məhrum edilib. Hacı Məmmədov istisna olmaqla, digərləri Qobustandakı qapalı həbsxanaya köçürülüb. Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin dekabrında ləğv edilib, bu nazirliyin yerində iki yeni struktur - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qoyun oğruları saxlanılıb
24.09.2018, 13:24

Qoyun oğruları saxlanılıb

Türkiyənin azərbaycanlı deputatı Etimad İsmayılovun ölümündən DANIŞDI    
24.09.2018, 13:21

Türkiyənin azərbaycanlı deputatı Etimad İsmayılovun ölümündən DANIŞDI  

Hava şəraiti ilə bağlı yeni XƏBƏRDARLIQ
24.09.2018, 13:16

Hava şəraiti ilə bağlı yeni XƏBƏRDARLIQ

Kimlər fərdi təhsil ala bilər? - VİDEO
24.09.2018, 13:08

Kimlər fərdi təhsil ala bilər? - VİDEO

Sabah ölkə ərazisində gözlənilən hava PROQNOZU 
24.09.2018, 13:05

Sabah ölkə ərazisində gözlənilən hava PROQNOZU 

Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub - EKSKLÜZİV
24.09.2018, 13:02

Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub - EKSKLÜZİV

Naqif Həmzəyev baş konsulla görüşdü - FOTO
24.09.2018, 12:53

Naqif Həmzəyev baş konsulla görüşdü - FOTO

Ərdoğandan BMT ilə bağlı islahat TƏKLİFİ
24.09.2018, 12:44

Ərdoğandan BMT ilə bağlı islahat TƏKLİFİ

Polis məşhur oteldəki qətllə bağlı məlumat YAYDI
24.09.2018, 12:38

Polis məşhur oteldəki qətllə bağlı məlumat YAYDI

Avropa Birliyi hərbi gücünü 4 dəfə artıracaq
24.09.2018, 12:30

Avropa Birliyi hərbi gücünü 4 dəfə artıracaq

“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi - İNTİHAR
24.09.2018, 12:24

“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi - İNTİHAR

İpoteka kağızları elektronlaşdırılır
24.09.2018, 12:22

İpoteka kağızları elektronlaşdırılır

Lotereya oyunlarının Tiraj komissiyasında üzvlər azaldılır
24.09.2018, 12:17

Lotereya oyunlarının Tiraj komissiyasında üzvlər azaldılır

Deputat bankları dollar krediti olanlara güzəşt etməyə ÇAĞIRDI
24.09.2018, 12:16

Deputat bankları dollar krediti olanlara güzəşt etməyə ÇAĞIRDI

Gədəbəy sakininin evindən marixuana çıxdı  - Foto
24.09.2018, 12:12

Gədəbəy sakininin evindən marixuana çıxdı  - Foto

Gömrükdə əməliyyat: Avtomobildəki gizli yerdən 10 telefon tapıldı - FOTO
24.09.2018, 12:03

Gömrükdə əməliyyat: Avtomobildəki gizli yerdən 10 telefon tapıldı - FOTO

Pekin yenə Vaşinqtondan narazıdır
24.09.2018, 12:01

Pekin yenə Vaşinqtondan narazıdır

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi
24.09.2018, 11:59

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi

Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı
24.09.2018, 11:58

Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı

“Ozmo” və “Tutku” məktəb bufetlərindən niyə yığışdırılmır?
24.09.2018, 11:57

“Ozmo” və “Tutku” məktəb bufetlərindən niyə yığışdırılmır?

DTX və polis Astarada əməliyyat keçirdi
24.09.2018, 11:53

DTX və polis Astarada əməliyyat keçirdi

“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ   
24.09.2018, 11:52

“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ  

Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi
24.09.2018, 11:46

Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi

“Niyə Bakıda bircə valyutadəyişmə məntəqəsi də yoxdur?” - Deputat cavab TƏLƏB ETDİ   
24.09.2018, 11:42

“Niyə Bakıda bircə valyutadəyişmə məntəqəsi də yoxdur?” - Deputat cavab TƏLƏB ETDİ  

Fədayə Laçın məhkəmədə mahnı oxudu
24.09.2018, 11:41

Fədayə Laçın məhkəmədə mahnı oxudu

Azərbaycanda lotereyalarla bağlı qanun dəyişdirilir   
24.09.2018, 11:31

Azərbaycanda lotereyalarla bağlı qanun dəyişdirilir  

Gələn ilin dövlət büdcəsi Hökumətə təqdim olundu     
24.09.2018, 11:28

Gələn ilin dövlət büdcəsi Hökumətə təqdim olundu    

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ   
24.09.2018, 11:25

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ  

Bulvarda kişi meyiti tapıldı - FOTO
24.09.2018, 11:24

Bulvarda kişi meyiti tapıldı - FOTO

Deputatdan maraqlı addım - Tələbələrə dərsi Fəxri Xiyabanda keçdi - FOTO
24.09.2018, 11:24

Deputatdan maraqlı addım - Tələbələrə dərsi Fəxri Xiyabanda keçdi - FOTO

"Aqrolizinq" rəhbərliyi Şəkidə vətəndaşlarla görüşüb
24.09.2018, 11:19

"Aqrolizinq" rəhbərliyi Şəkidə vətəndaşlarla görüşüb

Milli Məclisdə 3 yeni qanun layihəsi müzakirəyə çıxarılır
24.09.2018, 11:18

Milli Məclisdə 3 yeni qanun layihəsi müzakirəyə çıxarılır

Əngəl olmadığın müddətdə əngəlli deyiləm! - VİDEO
24.09.2018, 11:11

Əngəl olmadığın müddətdə əngəlli deyiləm! - VİDEO

Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI
24.09.2018, 11:05

Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI

24.09.2018, 10:50

"Məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır" - Əli Əhmədov

ARXİV