22 aprel 2018, Bazar
Ana Səhifə - İQTİSADİYYAT - “Əmanatlərin Sığortalanması Fondu müflis elan olunmalıdır” - SƏBƏBLƏR  
“Əmanatlərin Sığortalanması Fondu müflis elan olunmalıdır” - SƏBƏBLƏR  
13.04.2018, 13:56

Əmanətlərin Sığortalanması Fondu müflis elan olunmalıdır. Bunu Modern.az-a iqtisadçı Natiq Cəfərli Fondun rəhbərliyində baş verən dəyişiklikdən sonrakı prosesləri şərh edərkən bildirib.

Ekspert deyib ki, Fond əvvəllər yığıdığı vəsait hesabına ancaq bir qisim əmanətin sığortalanmış hissəsini qaytara bilib:


““Bank Standrt”ın bağlanmasından sonra Fondda böyük vəsait böhranı yarandı. Mərkəzi Bank ilkin olaraq Fonda 500 milyon manat vəsait ayırdı. Bundan sonra əmanətlərin sığortalanmış hissəsini geri qaytarmaq mümkün oldu. Fonda verilmiş kreditin isə geri qaytarılması mümkün deyil. Çünki Fondun o qədər gəlirliliyi və yığımı yoxdur ki, sonradan Mərkəzi Banka qaytarsın.

Bir müddət sonra dövlət həmin pulu silməyə məcbur olacaq. Bankların bağlanmasının növbəti dalğasına start veriləcəyi təqdirdə, hansı ki bu ehtimal çox yüksəkdir, o vaxt Mərkəzi Bank Fonda əlavə vəsaitlər verməyə məcbur olacaq. Yeri gəlmişkən, fiziki şəxlərlə bağlı əmanətlərin geri qaytarılmasında daha az problem var. Amma kommersiya qurumlarının bağlanan bankların depozit hesablarında qalan vəsaitlərinin geri qaytarılması yubadılır. Bunun Fonda birbaşa aidiyyatı olmasa da, ümumi maliyyə vəziyyətinin nə qədər ağır olduğunu deməyə əsas verir. Fondun topladığı vəsaitlər əməliyyatların maliyyə mənbəyi üçün kifayət deyil”.

Ekspertin sözlərinə görə, dəstək olmasa, Fond heç cür ayaqda qala bilməz:

“Halbuki, Fondun yaradılma fəlsəfəsi ondan ibarət idi ki, yığıdığı üzvlük haqqı, sığorta, banklardan aldığı vəsaitlər hesabına, yaranacaq hər hansı problemi aradan qaldıra bilsin. Amma reallıq onu göstərdi ki, onların yığdığı vəsait çox azdır. Mərkəzi Bankın dəstəyi olmasa, Fond müflis elan olunub, bağlanmalı idi. Ona görə də Fondun iş qaydalarına yenidən baxmaq lazımdır.
Dünya praktikasında belə qurumlar təkcə üzvlük haqqı, sığorta ilə pul qazanmırlar. Onlar aktiv əməliyyatlar həyata keçirərək kapital artırırlar ki, problem yaranan zaman vəsaitləri geri qaytara bilsinlər. Bizdə dövlət qurumlarının mütləq əksəriyyətinə dəstək olmasa, kommersiya əsasları ilə fəaliyyət göstərə bilməzlər”.



N.Cəfərli deyib ki, Fondun rəhbərliyindəki şəxsin dəyişdirilməsi problemi həll etmir:

“Əslində kimi vəzifəyə təyin etsələr, eyni vəziyyət müşahidə olunacaq. Çünki prinsiplər və sistem doğru deyil. Bunlar dəyişməsə, rəhbər şəxsin kimliyindən asılı olmayaraq, problem həmişə olacaq. Ona görə də təyin olunmuş rəhbərlik Fondun müəyyən mənada yaxşı və pis işləməsini təmin edə bilər. Amma ümumilikdə Fondun prinsiplərinin, idarəetmənin dəyişdirilməsi baş verməsə, kimi qoysalar da, ciddi irəliləyişə nail olmaq mümkün olmayacaq”.

 

Azərbaycan  Prezidentinin 9 fevlar 2007-ci il tarixli Fərmanına əsasən, Əmanətlərin Sığortalanması Fondu yaradılıb. Fond 2007-ci ilin 12 avqustdan fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.


Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə olunur. 

Prezident İlham Əliyevin 1 avqust 2017-ci il sərəncamı ilə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini vəzifəsinə Vüqar Rafik oğlu Abdullayev təyin olunub. 2017-ci ilin avqustunda icraçı direktor Azad Cavadovun səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifə V.Abdullayevə həvalə edilib.

Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşdırılır. Qurum hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fond üzərində öz adı olan möhürə, habelə Mərkəzi Bankda və qanunla müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun  əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qaradağda palçıq vulkanı püskürüb - FOTO
22.04.2018, 12:23

Qaradağda palçıq vulkanı püskürüb - FOTO

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb
22.04.2018, 12:19

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR
22.04.2018, 12:05

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR

“Novruz Məmmədov ən əsası milli adamdır”
22.04.2018, 11:54

“Novruz Məmmədov ən əsası milli adamdır”

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır
22.04.2018, 11:30

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır

Sarkisyan və Paşinyanın görüşü nəticəsiz YEKUNLAŞDI
22.04.2018, 10:55

Sarkisyan və Paşinyanın görüşü nəticəsiz YEKUNLAŞDI

İki nəfər dənizdə batıb - SUMQAYITDA
22.04.2018, 10:36

İki nəfər dənizdə batıb - SUMQAYITDA

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi
22.04.2018, 10:32

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

Sarkisyan istefa şərtlərini AÇIQLADI
22.04.2018, 10:02

Sarkisyan istefa şərtlərini AÇIQLADI

Oğuz silkələndi
22.04.2018, 09:53

Oğuz silkələndi

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR   
22.04.2018, 09:48

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR  

Abituriyentlər bu gün imtahan verir
22.04.2018, 09:47

Abituriyentlər bu gün imtahan verir

Ermənilər atəşkəsi 97 dəfə pozub
22.04.2018, 09:45

Ermənilər atəşkəsi 97 dəfə pozub

Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ
22.04.2018, 09:09

Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi
22.04.2018, 00:01

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır
21.04.2018, 23:46

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
21.04.2018, 23:20

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
21.04.2018, 22:48

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
21.04.2018, 22:43

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib

Vəzifəsiz qalan Abid Şərifov danışdı:
21.04.2018, 22:10

Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
21.04.2018, 21:58

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
21.04.2018, 21:50

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR
21.04.2018, 21:41

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı
21.04.2018, 21:23

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır
21.04.2018, 21:17

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı
21.04.2018, 21:03

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı

Deputatların sayı azaldı - SƏBƏBLƏR
21.04.2018, 20:42

Deputatların sayı azaldı - SƏBƏBLƏR

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 
21.04.2018, 20:31

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 

Yeni nazirin 38 yaşı var - Bioqrafiya
21.04.2018, 20:18

Yeni nazirin 38 yaşı var - Bioqrafiya

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi
21.04.2018, 20:07

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM
21.04.2018, 19:39

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub
21.04.2018, 18:50

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub

Abutalıbov baş nazirin müavini oldu
21.04.2018, 18:10

Abutalıbov baş nazirin müavini oldu

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
21.04.2018, 17:55

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...
21.04.2018, 17:44

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10.4%)
İmtahan qiymətləri normalıdr(6.25%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.8%)
İmtahan qiymətləri azaldılmalıdır(4.16%)
İmtahan qiymətləri artırılmalıdır(8.33%)