Modern.az

Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri AÇIQLANDI

11 Avqust 2018, 00:45

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. Modern.az xəbər verir ki, artıq bu mərhələnin nəticələri barədə müvafiq məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqədə uğur qazanan namizədlər sosial şəbəkələr vasitəsi ilə bir-birləri tədrik edirlər.  

 

Qeyd edək ki, müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıqları və ümumi dünyagörüşləri müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

 

Müsahibə mərhələsində namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim ediləcək. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir