Modern.az

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - TƏHSİL NAZİRLİYİ TƏSDİQLƏDİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - TƏHSİL NAZİRLİYİ TƏSDİQLƏDİ

21 Dekabr 2018, 20:53

Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı Modern.az-a təsdiqləyib.

Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

 

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

 

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır.

 

Əldə etdiyimiz məlumata görə, Firudin Qurbanov sabah - dekabrın 22-də, saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcək.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir