26 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - “Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR
“Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR
26.02.2019, 08:07

1992-ci il  fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bir neçə gündən sonra 27-ci ildönümü qeyd olunacaq. Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb.

Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır.

O zaman soyqırımı törədiləndən sonra Azərbaycan ictimaiyyətinə verilən ilk rəsmi məlumatda yalnız 2 nəfərin öldüyü söylənilmişdi.

Halbuki, həmin gecə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı törədilmiş, yüzlərlə insan qanına qəltan edilmişdi.

Azərbaycan Dövlət Televiziyasında (AzTV) səslənmiş həmin informasiyaya görə isə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi 2 nəfər öldürülüb.

Bəzi şəxslər “Xocalıda 2 nəfər qətlə yetirilib” xəbərinə görə o zamankı prezident Ayaz Mütəllibovu ittiham edir, məlumatın bu cür yayılmasında onun iştirakını iddia edir.

Məsələn, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsahibələrinin birində belə deyib:

“Ayaz Mütəllibovun daxili işlər naziri xalqa yalandan məlumat verdi ki, guya Xocalıdakı qarşıdurmada yalnız 2 nəfər ölüb. Ancaq rəhmətlik Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrlar Ayaz Mütəllibov kimi adamlara nümayiş etdirdi ki, Xocalıda yüzlərlə adam qətlə yetirilib”.


1992-ci ilin 24 fevralından martın 17-nə qədər müdafiə naziri postunda çalışmış Tahir Əliyev Modern.az-a məsələ ilə bağlı bunları deyib.

“Xocalı faciəsi törədilən zaman daxili işlər naziri Tofiq Kərimov idi. Məndə olan məlumata görə o rəhmətə gedib. Qaldı ki, 2 nəfərin qətlə yetirilməsi xəbərinin yayılmasına... Yadımdadır ki, guya o zaman Dövlət Televiziyası səhvən elə məlumat verib. Bəziləri deyirdi ki, Tofiq Kərimov özü televiziyaya o formada məlumat ötürüb. Düzü, sonradan kimsə 2 nəfərin qətlə yetirilməsi versiyasının ardınca gedib məsələnin niyə bu cür təqdim olunduğunu araşdırmadı”.


Tahir Əliyev bildirib ki, o, müdafiə naziri kimi ictimaiyyətə Xocalı soyqırımı günü təqdim olunub:

“1992-ci ilin 24 fevralında müdafiə naziri olmağımla bağlı fərman verilib. Amma mən fevralın 26-da  ictimaiyyətə təqdim olunmuşam. Soyqırımı törədilən vaxt general Şahin Musayev müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirən şəxs olub. Mən nazir kimi təqdim olunan zaman Şahinə dedim ki, siz gedin, Ağdamda bu məsələlərlə məşğul olun! Şahin Musayev həm də Baş Qərargah rəisi vəzifəsində olduğu üçün  bu məsələlərlə o məşğul idi. Heç o zaman kabinetim də yox idi. O zamanlar Rusiya ayağını dirəmişdi ki, Azərbaycan Müstəqil Dövlətlət Birliyiyə daxil olmalıdır. Azərbaycan isə adıçəkilən quruma daxil olmaq istəmirdi. Bizi cəzalandırmaq üçün Xocalı faciəsini törətdilər”.

Keçmiş müdafiə nazirinin sözlərinə görə, insanların fikrini məsələnin əsas məğzindən yayındırma halları zaman-zaman olub.

“Hətta 1991-ci ilin noyabrında baş vermiş vertolyot qəzasında da o cür anlaşılmazlıq baş vermişdi. İlk dəfə ictimaiyyətə fərqli informasiya verilmişdi. Guya duman olub deyə, vertolyot qayaya çırpılıb və qəza baş verib”.

 

Eks-prezident Ayaz Mütəllibov da Modern.az saytına verdiyi müsahibədə bu haqda danışıb.

O bildirib ki, fevralın 25-dən 26-na keçən gecə nə özünün, nə daxili işlər nazirinin (Tofiq Kərimov), nə də milli təhlükəsizlik nazirinin (İlhüseyn Hüseynov) Xocalıda  baş verənlər barədə tam təsəvvürü olub:

“İllər keçəndən sonra mən bir yerdə oxudum ki, Müdafiə Nazirliyinin baş qərargahının keçmiş rəisi Şahin Musayev bu faciə barədə açıqlama verərkən belə deyib: “İlk dəfə mənə Xocalıda neçə nəfərin həlak olması ilə bağlı sual veriləndə, mən 2 nəfər demişəm. Amma bunu prezident Ayaz Mütəllibovu pis vəziyyətə qoymamaq üçün belə etmişdim...”.

Ondan bəri elə hey deyirlər ki, ölənlərin sayı qəsdən gizlədilib. Mən isə başa sala bilmirəm ki, baş verənlərdən xəbərim olmayıb. Niyə gizlətməli idim ki?! Bu cür qətliamı gizlətmək olar?! Mütəllibov kim idi ki, bunu gizlədə?!”.


General-mayor Şahin Musayev 26 yanvar 1992 — 24 fevral 1992-ci il tarixlərində müdafiə nazirinin müavini, baş qərərgah rəisi işləyib. General Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçıb. Onun hazırda Ukraynada olduğu bildirilir.

Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.




Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı
26.03.2019, 01:02

Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı

Çin Fransadan 300  "Airbus" alır
26.03.2019, 00:44

Çin Fransadan 300  "Airbus" alır

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma
26.03.2019, 00:29

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma

Avtomobillər qar uçqunu altında qaldı
26.03.2019, 00:14

Avtomobillər qar uçqunu altında qaldı

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı
25.03.2019, 23:57

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı

Suriyada 3 hərbçisi öldü
25.03.2019, 23:42

Suriyada 3 hərbçisi öldü

Türkiyə millisi Moldovaya heç bir şans vermədi
25.03.2019, 23:27

Türkiyə millisi Moldovaya heç bir şans vermədi

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu
25.03.2019, 23:10

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu

Yardımlıya qar yağdı - VİDEO
25.03.2019, 22:56

Yardımlıya qar yağdı - VİDEO

Gəncədə ata və oğlunu maşın vurdu
25.03.2019, 22:43

Gəncədə ata və oğlunu maşın vurdu

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır
25.03.2019, 22:30

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır

Meyxanaçı Ağakərim barədə üzücü xəbər
25.03.2019, 22:13

Meyxanaçı Ağakərim barədə üzücü xəbər

Türkiyə ABŞ-ın qərarını pislədi
25.03.2019, 22:00

Türkiyə ABŞ-ın qərarını pislədi

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç
25.03.2019, 21:42

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib
25.03.2019, 21:25

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi
25.03.2019, 21:11

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi

İsrail ordusu Qəzzanı bombalayıb
25.03.2019, 20:56

İsrail ordusu Qəzzanı bombalayıb

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı
25.03.2019, 20:43

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı

Gəncədə ağır qəza: yaralılar var
25.03.2019, 20:27

Gəncədə ağır qəza: yaralılar var

18 nəfər daşqınların qurbanı oldu - VİDEO
25.03.2019, 20:14

18 nəfər daşqınların qurbanı oldu - VİDEO

Azərbaycan millisi Litva ilə bacarmadı
25.03.2019, 20:00

Azərbaycan millisi Litva ilə bacarmadı

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi   
25.03.2019, 17:48

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi  

Azərbaycan - Litva: heyətlər açıqlandı
25.03.2019, 17:40

Azərbaycan - Litva: heyətlər açıqlandı

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   
25.03.2019, 17:17

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

Universitetlər müəllimlərə nə qədər maaş verir...   
25.03.2019, 16:57

Universitetlər müəllimlərə nə qədər maaş verir...  

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək
25.03.2019, 16:24

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək

Bakıda mənzildən qadın meyiti tapılıb
25.03.2019, 16:23

Bakıda mənzildən qadın meyiti tapılıb

“Edam günü” bədii filminin növbəti uğuru
25.03.2019, 16:06

“Edam günü” bədii filminin növbəti uğuru

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq    
25.03.2019, 15:53

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq  

Əli İnsanov yeni təşkilat yaradır
25.03.2019, 15:48

Əli İnsanov yeni təşkilat yaradır

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı
25.03.2019, 15:35

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”
25.03.2019, 15:18

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
25.03.2019, 15:09

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Silahlı şəxs 5 nəfəri güllələdi
25.03.2019, 15:05

Silahlı şəxs 5 nəfəri güllələdi

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu
25.03.2019, 14:55

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA
25.03.2019, 14:19

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO   
25.03.2019, 14:02

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO  

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO
25.03.2019, 13:39

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir
25.03.2019, 13:36

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı   
25.03.2019, 13:36

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı  

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”   
25.03.2019, 13:21

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”  

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI
25.03.2019, 13:07

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq
25.03.2019, 13:03

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”
25.03.2019, 12:47

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

Paşinyan generallarla qapalı iclas keçirəcək
25.03.2019, 12:45

Paşinyan generallarla qapalı iclas keçirəcək

Azərbaycan hekayələri Fransada təqdim olundu
25.03.2019, 12:36

Azərbaycan hekayələri Fransada təqdim olundu

Danışan telefon   
25.03.2019, 12:24

Danışan telefon  

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB
25.03.2019, 12:16

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...   
25.03.2019, 12:06

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...  

Siyasi “meyit”in dirçəlmək cəhdləri
25.03.2019, 11:59

Siyasi “meyit”in dirçəlmək cəhdləri

ARXİV