25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Bir şəklin tarixçəsi - Brejnevin azərbaycanlı imperatriçəyə heyran olmağı...  
Bir şəklin tarixçəsi - Brejnevin azərbaycanlı imperatriçəyə heyran olmağı...  
09.03.2019, 20:31

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasındakı növbəti təqdimatı ötən əsrin ortalarında mövcud olmuş iki imperiya – SSRİ ilə İran arasındakı münasibətləri əks elətdirir...

Zaman 1965-ci il... Məkan Moskva... İran şahı Məhəmməd Rza Pəhləvi ikinci dəfə SSRİ-yə gəlib... Bu dəfə azərbaycanlı xanımı da onu müşayiət edir.

Kremldə Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnev qonaqları qarşılayır...

Leonid İliç Brejnev Məhəmməd Rza Pəhləvi ilə əl tutub görüşməsinə baxmayaraq, odlu-alovlu baxışlarını İran şahının xanımı - şahbanu tituluna sahib olan imperatriçə, əslən azərbaycanlı Fərəh Dibadan ayıra bilmir. Brejnev Fərəh xanımın gözəlliyinə heyran qalıb.

18 il Sov.İKP MK-nın Baş katibi kürsüsünə sahiblik edən Leonid İliç SSRİ rəhbərləri arasında öz siyasi fəaliyyəti, davranışı, xalqla münasibəti, bir az baməzəliyi, bir az ciddiyyəti ilə yadda qalıb.

Leonid İliçin eyni zamanda qadınlara münasibəti də yaddaşlarda iz buraxıb. O, bütün yaş dövrlərində qadınlara qarşı marağını gizlədə bilməyib, onların gözəlliyinə biganə qalmayıb.

O dövrdə İran şahı Məhəmməd Rza Pəhləvi qonşu SSRİ ilə dost münasibətləri inkişaf etdirməkdə maraqlı idi. Elə SSRİ də həmçinin. İran şahının Moskvaya səfəri Sovet İttifaqının rəhbərliyi üçün siyasi, iqtisadi və hərbi baxımdan çox əhəmiyyətli idi. İranla konstruktiv münasibətləri qoruyub saxlamağa çalışan rəsmi Moskva Məhəmməd Rza şahın ABŞ-la çox da yaxınlaşmasını istəmirdi. Məhz həmin dönəmlərdə İran iki böyük dövlətin maraqlarının toqquşa biləcəyi növbəti “qaynar nöqtə” ola bilərdi. Buna qədər SSRİ və ABŞ Vyetnamda və Koreyada kəllə-kəlləyə gəlmişdilər.

İran şahı Məhəmməd Rza Pəhləvi hakimiyyəti dövründə 3 dəfə SSRİ-yə səfər etmişdi -1956, 1965 və 1972-ci illərdə... Məhz həmin səfərlər çərçivəsində SSRİ və İran arasında iqtisadi və texniki sahədə müxtəlif sənaye obyektlərinin tikintisinə və digər əməkdaşlıq haqqında sazişlər bağlanmışdı.

Məhəmməd Rza Pəhləvi 16 sentyabr 1941-ci ildən 11 fevral 1979-cu il tarixinədək İranda şahənşah olub. Şah 3 dəfə evlənib. Birinci arvadı Misir şahzadəsi Fövziyə Şirin, ikinci arvadı alman əsilli Sürəyya İsfəndiyari, üçüncü arvadı Azərbaycan əsilli Fərəh Diba olub


Əvvəlki iki nikah varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi. 24 yaşlı Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu.  1960-cı ildə Fərəh Diba oğlan övladı dünyaya gətirdi. Fərəh xanım Məhəmməd Rza Pəhləvinin ümumilikdə dörd övladı olub: Rza Kir Pəhləvi (1960), Firəngiz Pəhləvi (1963), Əli Rza Pəhləvi (1966-2011), Leyla Pəhləvi (1970-2001). 

Qeyd edək ki, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin üç xanımı arasında şahbanu titulunu alan yalnız Fərəh Diba olub. 1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keçirilmiş, ona şahbanu titulu verilmişdi. O zaman bu hadisə böyük sensasiya doğurmuşdu, çünki həmin dövrdə Şərqdə qadınlara belə hüquqlar verilmirdi. 
Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar.

Məhəmməd Rza və ailəsi İranı 1979-cu il yanvarın 4-də tərk etmək məcburiyyətində qaldılar. Çünki inqilab nəticəsində şah hakimiyyəti devrildi.

Xərçəngdən əziyyət çəkən şah 1980-ci il iyulun 27-də Qahirədə vəfat etdi və ər-Rifahi məscidində basdırıldı. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırdı. Amma prezidentin qətlə yetirilməsi səbəbilə Fərəh və ailəsi Misiri tərk edərək prezident Reyqanın dəvəti ilə ABŞ-a yollandı. 

2001-ci ildə Fərəh Pəhləvinin qızı şahzadə Leyla vəfat etdi. 

2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verdi. Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi ABŞ-da intihar etdi.

Bu gün şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi  bu titulu götürüb. 
Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh xanım əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur. Fərəh Pəhləvi İranın birinci və yeganə imperatriçəsidir.

 


A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM   
24.03.2019, 10:05

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM  

İndoneziyada 6 bal gücündə zəlzələ
24.03.2019, 09:55

İndoneziyada 6 bal gücündə zəlzələ

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb
24.03.2019, 09:50

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır
24.03.2019, 09:42

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR
24.03.2019, 09:29

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR

ARXİV