Arxiv
19 Noyabr 2012, 14:24 | MƏDƏNİYYƏT
Əfsanəvi aktrisanın acı həyatı: ər silləsi və oğul təpiyi dadmış Zinət Aman - FOTOLAR

Sovet gəncləri arasında populyar olan aktrisaının 61 yaşı tamam olur

Bu gün məşhur hind kino aktrisası Zinət Amanın ad günüdür. Vaxtilə sovet gənclərinin ağlını başdan alan aktrisanın 61 yaşı tamam olur. Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi  Zinətin həyatında ağır izlər qoyub. Modern.az aktrisanın ömür yolunu təqdim edir.

Los-Ancelsdə oxuyan gözəl tələbə qız

Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelsə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
1970-ci ildə Zinət Aman “Miss Hindistan” gözəllik müsabiqəsində 3-cü yeri tutur. Bununla o, öz ölkəsini “Miss Asiya” beynəlxalq gözəllik müsabiqəsində təmsil etmək hüququ qazanır. Bu müsabiqədə Zinət Aman birinci yeri tutur və Hindistana bu müsabiqədə qələbə gətirən ilk şəxs olaraq ölkə tarixinə düşür. 

“Xattuba”nın sovet nostaljisi

Bundan sonra Zinət kinoda çəkilməyə başlayır. Onun ilk filmi 1971-ci ildə ekranlara çıxır. Sovet prokatında “Bacı və qardaş” adı ilə tanınan bu film ona uğur gətirir. Narkoman qızın acı taleyini oynayan Zinət bu roluna görə nüfuzlu mükafat alır.

Zinət Amanın kino karyerasında  80-dən çox film var. “Əbədi məhəbbət nağılı”, “Samrat”, “Qədim məbədin xəzinəsi”, “Üç muşketyori” kimi və digər filmləri populyardır.

Zinət Amanın SSRİ ilə Hindistanın birgə çəkdiyi “Əlibaba və qırx quldur” filmindəki rolu da yaddaqalandır. “Xattuba” hit treyki sovet maqnitafonlarının dəbdən düşməyən mahnılarından idi.

Birinci əri Sanjay Xan onu sillə ilə vurub gözünü partlatmışdı

Kino karyerası uğurlu olan Zinət Amanın şəxsi həyatı kifayət qədər qalmaqallı və ağır olub. İki dəfə ailə həyatı quran Zinət bu nikahlarla bağlı xeyli əzablı günlər yaşayıb. Evli və iki uşaq atası olan Sanjay Xanla ailə quranda Zinət xoşbəxt olacağına inanırdı. Zinət onunla birgə Rac Kapurun çəkdiyi “Abdulla” filmində çəkilib. O Sanjadan hədsiz asılı idi. Lakin bu ailə həyatı uzun sürməyib. Ziyafətlərin birində Sanjay Xanın birinci arvadı Zaruna Zinəti itələyib yıxır. Daha sonra ona yaxınşalan Sanjay Zinəti hamının gözü qarşısında yumruq və sillə ilə döyür. Zərbə o qədər güclü olur ki, Zinatın gözündə 4 dəfə cərahiyyə əməliyyatı aparılır. Lakin zərəbini izi bu gün də onun gözündə aydın hiss olunur. Bundan bir az sonra Sanjay Xan Zinat Amanın ona xəyanət etdiyini elan edərək ayrıldığını bildirir.

13 yaşlı oğlu Zinat Amanı döyənlər arasında idi

Dörd il sonra Z.Aman kinoaktoyor Mazhar Xanla ailə qurur. Bu nikahdan onların iki oğlu dünyaya gəlir. 12 illik ailə həyatı 1998-ci ildə sona çatır. Boşanma zamanı Mazhar Xan ağır xəstə idi. Bir müddət sonra o vəfat edir. Bu isə qalmaqala yol açır. Mazhar Xanın qohumları onun ölümündə Z.Amanı ittiham edirlər. Qəzəbli qohumlar Zinət Amanın evinə hucum edir və aktrisanı möhkəm döyürlər. Z.Amanın 13 yaşlı oğlu da anasını döyənlər arasında olur.

Sonrakı illərdə Z.Amanın həyatı sabitləşir. İki oğlu ilə münasibətləri düzəlir. İndi onlar anaları ilə birgə yaşayırlar. 


 


 


 

 


 

 

 

 



Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54