Modern.az

Yadigar Məmmədli QHT Alyansının seçki planlarından danışdı

Yadigar Məmmədli QHT Alyansının seçki planlarından danışdı

Aktual

30 May 2013, 15:02

“Azərbaycanda seçkilər vətəndaş cəmiyyətinin qane etməyən səviyyədədir”. Bu sözləri Modern.az-a açıqlamasında QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli deyib. O, qeyd edib ki, əsas qüvvə olan vətəndaş cəmiyyəti və vətəndaşların mövqeyi seçkilərdə, siyasi aksiyalarda az diqqət kəsb edir. “Bu da fikrimizcə, nöqsandır. Bu siyasi aksiyalar, seçkilər daha sonra vətəndaş cəmiyyətinin inkişafına yönəlik aksiyalardır. Bir çox ölkələrdə, adətən yaxın qonşu ölkələrdə hər seçkidən sonra vətəndaş cəmiyyəti, oradakı institutlar daha güclənir, media bu işdə ciddi fəallıq göstərir. Bu da həmin cəmiyyəti irəliləyə aparır. Təəssüf ki, Azərbaycanda həm seçkilər vətəndaş cəmiyyətini qane etməyən səviyyədə keçilir”.

Y. Məmmədlinin sözlərinə görə, burada əsas səbəb vətəndaş cəmiyyətinin laqeyd mövqedə qalmasıdır. “Ona görə də bu tədbirlərimizi ona yönəlik aparırıq ki, ümumiyyətlə vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, media, üçüncü sektor bu məsələdə öz sözünü deyə bilsin və üzərinə düşən vəzifəni həyata keçirsin”.

Alyansın həmsədri 2013-cü il seçkiləri ilə bağlı daha bir xətt götürdüklərini vurğulayıb. “Adətən seçki kompaniyalarında beynəlxalq təşkilatlar Azərbaycanla bağlı müəyyən monitorinq aparırlar. Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvidir. Beynəlxalq təşkilatlar ATƏT-lə Avropa Şurası ilə qarşılıqlı öhdəliklər götürüblər. Həmin öhdəliklərə əməl olunması şərti var ki, bu da seçkilərin azad, ədalətli və şəffaf keçirilməsidir. Amma beynəlxalq təşkilatların seçkilərlə bağlı verdiyi bəyanatlar çox vaxt Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. Bu da bizi narahat edir”.

Y. Məmmədli bildirib ki, seçki ilə əlaqədar monitorinq aparıb sorğu keçirəcəklər. “Ötən həftə seçki öncəsi vəziyyətlə təhlil də açıqladıq. Bunu davam etdirəcəyik. Məqsədimiz odur ki, beynəlxalq təşkilatlarla yerli təşkilatlar arasında əməkdaşlığı gücləndirək. Beynəlxalq təşkilatlar Azərbaycanda, bütün həm iqtidar, həm müxalifət, həm müstəqil QHT-lərlə əməkdaşlıq etsinlər və bu əməkdaşlıq nəticəsində sonda seçkilərlə bağlı hesabatlar, tədbirlər keçiriləndə bütün tərəflərin nümayəndələri orada iştirak etsinlər və nəticə etibarı ilə ədalətli seçkinin keçirilməsinə nail olaq. Sonda seçkilərlə bağlı sənəd qəbul olunanda, bəyanatlarda, hesabatlarda real vəziyyəti əks etdirən, bütün tərəflərin fikirlərini əks etdirən məlumatlar verilsin”.


Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir