Modern.az

"Yaşamaq istəyirsinizsə, qaçın" - Zelenskidən ruslara çağırış

Aktual

29 Sentyabr 2022, 08:50

“Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsınlar”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

“Rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın”, - prezident Rusiya vətəndaşlarına müraciətində deyib.

 

Zelenski qeyd edib ki, rusiyalılar onsuz da çox şeydən məhrum olublar. Dövlət başçısı, həmçinin rusiyalı hərbçiləri Ukraynanın ruhuna və mədəniyyətinə toxunmamağa çağırıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu