Modern.az

Qardaş ölkədə faciə: uşaqlar öldü

Qardaş ölkədə faciə: uşaqlar öldü

Dünya

Bu gün, 20:30

Pakistanın Lahor şəhərində tədris mərkəzinin damının uçması nəticəsində, ilkin məlumata görə, yeddi uşaq həlak olub.

Modern.az DAWN nəşrinə istinadən xəbər verir ki, hadisə iyunun 30-da Lahorun Kahna rayonunda baş verib.

Xilasetmə xidmətinin məlumatına əsasən, dağıntılar altından yeddi uşağın meyiti çıxarılıb.

"Ölənlərin sayı 10 nəfəri keçə bilər. Hadisə yerinə gələn xilasedicilər dağıntılar altında qalan uşaqların vəziyyətinin ağır olduğunu bildiriblər", - deyə qurumun nümayəndəsi qeyd edib.

Bildirilir ki, yaşayış evində fəaliyyət göstərən və tədris mərkəzi kimi istifadə olunan otağın damı qəfil uçaraq içəridə olan şagirdlərin üzərinə çöküb. Hadisə zamanı binada 30-35 uşaq olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Yaralılara tibbi yardım göstərilir, damın uçmasının səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada