Modern.az

Dünən ölən üç ermənidən biri polkovnik-leytenantdır - Adlar açıqlandı

Dünən ölən üç ermənidən biri polkovnik-leytenantdır - Adlar açıqlandı

29 Sentyabr 2022, 17:30

Ermənistan Müdafiə Nazirliyi sentyabrın 28-də sərhəddə törədilmiş təxribat zamanı Azərbaycan tərəfinin cavab atəşi nəticəsində ölən üç hərbçisinin adını açıqlayıb.

 

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən hərbçilər polkovnik-leytenant Nahapet Marqaryan, serjant Ovannes Sukiasyan və sıravi Edvard Ovannisyandır.

“Ermənistan Respublikasının Müdafiə Nazirliyi ağır itki ağrısını bölüşür və hərbçilərin ailə üzvlərinə, qohumlarına başsağlığı verir”, - deyə məlumatda bildirilir.

Məlumata görə, polkovnik-leytenant Nahapet Marqaryan 32 yaşında idi.

Xatırladaq ki, ermənilərin dünənki təxribatı zamanı Azərbaycan Ordusunun bir əsgəri - İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir