Modern.az

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNİB

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNİB

Aktual

25 Oktyabr 2022, 12:30

İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib.

 

Modern.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında İsa Həbibbəylinin namizədliyi təsdiqlənib. 

 

Daha sonra gizli səsvermə keçirilib. 

 

Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.

 

***

Akademik İsa Həbibbəylinin AMEA prezidentliyinə namizədliyi təsdiqlənib.

 

Modern.az xəbər verir ki, hazırda AMEA-nın yeni rəhbərinin seçilməsi üçün səsvermə keçirilir.

 

***

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçki keçirilir.

 

Modern.az xəbər verir ki, seçkiyə jurnalistlər buraxılmayıb.

 

Akademik İsa Həbibbəyli prezident postuna əsas namizəd hesab olunur.

 

***

11:00

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilir.

 

Modern.az xəbər verir ki, yığıncaqda AMEA-nın yeni Nizamnaməsi və təşkilati məsələlər müzakirə olunur.

 

İclasda mətbuat nümayəndələrinin iştirakına icazə verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi