Modern.az

BDU-nun prorektoru vəzifəsindən azad edilib  - FOTO

BDU-nun prorektoru vəzifəsindən azad edilib  - FOTO

Təhsil

Bu gün, 21:01

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad olunub.

Modern.az Ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor F.İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru idi. O, 2021-ci ildən bu vəzifədə çalışırdı. 

F.İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və  Coğrafiya fakültəsinin dekanı olub.

Qeyd edək ki, F.İmanov bir müddət əvvəl prorektor vəzifəsindən azad olunub. Onun işdən çıxarılmasının universitetlə bağlı baş verən son hadisələrlə əlaqəsi yoxdur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?