May ayının 26-sı Azərbaycanda və dünyada baş verən olduqca vacib, həm də maraqlı hadisələrlə yadda qalıb.
Modern.az günün xəbərlərini özündə əks etdirən fotolardan bəzilərini təqdim edir:

Fotoda: Mərkəzi Seçki Komissiyası 2023-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Fotoda: İtaliya təyyarələri səmada akrobatik hərəkətlər edir

Fotoda: İstanbulda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilir

Fotoda: Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xarici diplomatik nümayəndəliklərdə səsvermə mayın 24-də başa çatıb və istifadə edilən bülletenlər Ankaraya gətirilib

Fotoda: Ekoaktivistlər Parisdə aksiya keçirir

Fotoda: Sədərək rayonu güclü yağışdan sonra

Fotoda: Rusiya Ukraynanın Dnepr şəhərini atəşə tutub, 2 nəfər ölüb, 2-si uşaq olmaqla 30-dan çox adam yaralanıb

Fotoda: Gəncəyə yağan şiddətli yağışın törətdiyi fəsadların nəticələri aradan qaldırılır

Fotoda: Türkiyənin Düzce bölgəsində "Türk mətbəxi həftəsi" keçirilir

Fotoda: Seulda Buddanın doğum gününə hazırlıq gedir

Fotoda: Viktoriya və Albert Muzeyində “Heydər Əliyev-100” tədbiri keçirilir

Fotoda: Rusiyanın Leninqrad bölgəsində hava şarı yarışa hazırlanır

Fotoda: Yağış Gəncə şəhərində axşam saatlarında da davam edib

Fotoda: Gürcüstanda Müstəqillik günü qeyd edilir

Fotoda: Britaniyanın Baş naziri Rişi Sunak fermerlərlə görüşür

Fotoda: Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedinin Çinin paytaxtı Pekinə səfəri zamanı fəxri qarovul dəstəsinin qadın əsgərləri düzülüb