Modern.az

Meteorologiya Təşkilatına ilk qadın baş katib təyin edildi

Meteorologiya Təşkilatına ilk qadın baş katib təyin edildi

1 İyun 2023, 18:00

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 19-cu Ümumdünya Meteorologiya Konqresi keçirilir.

 

Modern.az xəbər verir ki, konqresdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın sözlərinə görə, konqres çərçivəsində argentinalı professor xanım Seleste Saulo ÜMT-nin ilk qadın Baş Katibi təyin edilib. O, 2024-cü il yanvarın 1-dən ÜMT-nin Baş Katibi qismində fəaliyyətə başlayacaq.

 

“S.Saulo 2014-cü ildən Argentina Milli Meteorologiya Xidmətinin direktorudur və hazırda Ümumdünya Meteorologiya Təşkilatının Birinci vitse-prezidentidir”.

 

U.Tağıyeva konqresdə ÜMT-nin prezidenti və vitse-prezidenti vəzifələri üzrə seçkilərin keçirildiyini də bildirib.

 

“Seçkilərin nəticəsinə əsasən ÜMT-nin prezidenti Milli Meteorologiya Mərkəzinin baş direktoru, Birləşmiş Ərəb Əmirliklərinin Daimi Nümayəndəsi və ÜMT-nin Asiya Regional Assosiasiyasının prezidenti Abdulla Al Mandous seçilib”.

 

Qeyd edək ki, 22 may 2023-cü il tarixində öz işinə başlayan 19-cu Ümumdünya Meteorologiya Konqresi 2 iyun tarixinədək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir