Modern.az

3 tona yaxın saxta süd və yağ aşkarlandı

3 tona yaxın saxta süd və yağ aşkarlandı

Aktual

1 İyun 2023, 19:37

Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)