Modern.az

Keşiş erməniləri bugünkü mitinqə ÇAĞIRDI

Keşiş erməniləri bugünkü mitinqə ÇAĞIRDI

Aktual

17 İyun 2024, 08:55

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan vətəndaşları  bu gün - iyunun 17-si saat 18:30-da Baqramyan prospektində keçiriləcək növbəti mitinqə çağırıb.

Modern.az xəbər verir ki, Baqrat Qalstanyan çağırışı ötən axşam Facebook-dakı canlı yayımda edib.

Keşiş bildirib ki, etirazçılar əvvəlcə parlamentin binası qarşısını toplaşacaq. Belə ki, bu gün parlament növbədənkənar iclas keçirməli və hökumətin istefası ilə bağlı məsələni müzakirə etməlidir.

Keşiş insanları təqiblərdən, polis zorakılığından qorxmamağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?