Modern.az

Türkiyədə işləyən səfir ÖLDÜ

Türkiyədə işləyən səfir ÖLDÜ

Aktual

22 İyun 2024, 11:12

Hindistanın Ankaradakı səfiri Virander Paul vəfat edib.

Modern.az xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bu barədə X-dəki mikrobloqunda məlumat paylaşıb.

“Hindistan Xarici Xidməti üçün böyük itkidir. Onunla bir çox vəzifələrdə yaxından işləmişəm. Mən həmişə onun fədakarlığına və xidmətinə heyran olmuşam və onun çoxsaylı nailiyyətlərini yüksək qiymətləndirirəm”, – Hindistanın xarici işlər naziri yazıb.

Xəbərlərə görə, xərçəng xəstəliyindən müalicə olunan Paul ölkəsinə gətiriləndən sonra dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi