Modern.az

Pezeşkianın andiçmə mərasiminin tarixi açıqlandı

Pezeşkianın andiçmə mərasiminin tarixi açıqlandı

10 İyul 2024, 13:34

Məsud Pezeşkian 2024-cü il iyulun 30-da İran İslam Respublikasının 9-cu prezidenti kimi parlamentdə (and içəcək.

Modern.az xəbər verir ki, bunu İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Höccətülislam Əlirza Səlimi bildirib. 
 

Qanuna əsasən, prezidentin andiçmə mərasimi İslam İnqilabının Rəhbəri tərəfindən təsdiqlənir. Prezidentin andiçmə mərasimi İran Ali Məhkəməsinin sədri, Keşikçilər Şurasının üzvləri və digər yüksək rütbəli dövlət və hərbi rəsmilərin iştirakı ilə keçiriləcək.

Konstitusiyanın 121-ci maddəsinə əsasən, seçilmiş prezident üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün bütün istedadını, imkanlarını və səriştəsini sərf edəcəyinə and içəcək və nəhayət, imza atacaq.

Yeni prezident andiçmə mərasimindən sonra 2 həftə ərzində proqramını və hökumətin tərkibini parlamentə təqdim etməlidir. Parlamentdə təqdim olunan nazirlərə etimad səsinin verilməsi ilə bağlı bir həftə ərzində müzakirələr aparılacaq.

İyulun 5-də keçirilən 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian xalq tərəfindən səs çoxluğu ilə İranın 9-cu dövlət başçısı seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər