Modern.az

Ermənistanın İran və Fransa məyusluğu...

Ermənistanın İran və Fransa məyusluğu...

11 İyul 2024, 14:16

İran İslam Respublikasında milliyətcə Azərbaycan türkü olan Məsud Pezeşkianın prezident seçilməsi və Fransada parlament seçkilərində prezident Makronunn partiyasının qələbə qazanmaması Ermənistanda ciddi narahatlıqla qarşılanıb.

 

Belə ki, bir müddət əvvəl Azərbaycan sülh danışıqları fonunda müsbət rəylər versə də, Ermənistan havadarları olan İran və Fransaya görə danışıqlardan yayınırdı.
 

Hazırda iki ölkədə olan dəyişikliklər Ermənistanı daha da narahat edib.

 

Erməni siyasətçilər Məsud Pezeşkianın prezidentliyi dövründə İranın Cənubi Qafqaz regionuna yönəlik siyasətinin dəyişəcəyini həyacanla bildirirlər.

Buna səbəb isə Pezeşkianın milliyətcı etnik azərbaycanlı olması göstərilir.
 

Ermənistanın “Hraparak” qəzeti İranda prezidentin dəyişməsini ölkə üçün belə izah edib:

 

“Pezeşkianın İrandakı qələbəsindən çoxları narahatdır, onu azərbaycanlı hesab edirlər. Bundan əvvəl biz Baydenin mümkün məğlubiyyətindən narahat idik, əvvəllər Makronun məğlubiyyətindən nigaran idik, Lukaşenko çoxdan “azərbaycanpərəst”dir, Putin isə “Ərdoğanın müttəfiqidir”. Bəlkə də bütün bu narahatlıqlar məqsədəuyğundur, amma biz bir neçə əsrdir ki, düzgün nəticəyə gəlməmişik. Tehranda, Vaşinqtonda, Moskvada, Ankarada eyni vaxtda hakimiyyətə azərbaycanpərəst qüvvələr gəlirsə, Ermənistan öz maraqlarını savadlı qüvvələrin ağıllı siyasəti və səriştəli addımları ilə qoruya bilər. Bunun üçünsə həmin ölkələrdən müttəfiqlər qazanmaq lazımdır. Amma Ermənistanda indiki kimi fəlakətli hakimiyyət olsa, bizi itkilərdən, faciələrdən heç nə xilas edə bilməz”.

 

Ermənistan ikinci məyusluğu isə Fransada yaşayıb.
 

Modern.az xəbər verir ki, Fransada parlamentinin aşağı palatasında - Milli Assambleyaya seçkilərin ikinci turunda solçu partiyaların "Yeni Xalq Cəbhəsi" (NPF) koalisiyası qalib gələrək 182 yer qazanıb.

İkinci yeri isə prezident Emmanuel Makronun “Birgə” mərkəzçi koalisiyası qazana bilib. Onlar cəmi 168 yer əldə edə biliblər. Üçüncü yeri 143 mandat almış ifrat sağçı Marin Le Pen və Cordan Bardellanın “Milli Birlik” (RN) partiyası tutub.
 

Seçkilərin ikinci turunda heç bir ittifaq parlamentdə hökumət qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib.

 

Seçkilərin qalibi, solçu “Yeni Xalq Cəbhəsi” alyansının ən böyük partiyası və Fələstinin tərəfdarı olan “Üsyankar Fransa”nın yeni hökumətin qurucu qüvvələrindən biri olub-olmayacağı hələ məlum deyil.

 

Fransada ola biləcək dəyişiklik Ermənistanda ciddi rezonansa səbəb olub. Ermənilər Avropada əsas tərəfdaş olduqları qüvvlərlə əməkdaşlığı itirəcəklərindən narahatdırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri