Modern.az

Goranboylular üçün yeni istirahət parkı salınır - FOTO

Goranboylular üçün yeni istirahət parkı salınır - FOTO

Aktual

17 İyul 2024, 17:36

Goranboy şəhərində, Azərbaycan Su Ehtiyatları Agentliyinin Goranboy rayonu Suvarma Sistemləri İdarəsinin yeni layihə əsasında, müasir üslubda inzibatı binası inşa edilir. 4 hektar sahədə parkın salınması, Azərbaycanın Dünyaşöhrətli dahi şairi Nizami Gəncəvinin əsərlərinin personajlarından ibarət kompozisiyanın qurulması,  açıq havada melorasiyaya və su təsərrüfatına aid miniatür muzeyin yaradılması işləri aparılır.

Burada yeniyetmə və gənclərin  asudə vaxtının səmərəli təşkili məqsədi ilə idman qurğularının, o cümlədən veloyol, mini futbol, voleybol və basketbol meydançalarının inşası və piknik üçün yerlər nəzərdə tutulub.

Yeni salınacaq müasir parkda vətəndaşların mədəni istirahəti üçün əlverişli şərait yaradılır. İnşa işləri yekunlaşdıqdan sonra goranboylular üçün böyük istirahət guşəsi olacaq.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev görülən işlərlə yerində tanış oldu.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu