Modern.az

Zaxarova Zelenskinin səmimiyyətinə şübhə etdi

Zaxarova Zelenskinin səmimiyyətinə şübhə etdi

24 İyul 2024, 11:16

Vladimir Zelenskinin Ukrayna münaqişəsinin erkən bitməsi ilə bağlı bəyanatları ABŞ-da keçirilən seçki turları ilə bağlıdır.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosuna açıqlamasında bildirib.

Bundan əvvəl Zelenski deymişdi ki, o, Ukraynadakı münaqişənin tez bir zamanda dayandırılmasının vacibliyini qəbul edir.

“Həmin ritorika yenə də ABŞ-dakı seçki turları ilə bağlıdır. Bunlar Kiyevin Ağ Ev ətrafında baş verən hadisələr və qarşıdan gələn seçkilər fonunda göndərdiyi impulslardır, buna bu kontekstdə baxılmalıdır”, - Zaxarova bildirib.

O vurğulayıb ki, bu işdə Zelenskinin səmimiyyətinə arxalanmağa ehtiyac yoxdur.


 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri