Modern.az

QHT Agentliyi “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan etdi

QHT Agentliyi “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan etdi

24 İyul 2024, 13:30

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan edib.

 

Moden.az xəbər verir ki, proqramın məqsədi ictimai birliklərin inkişafına dəstək verməkdir.

 

Şamaxı şəhərində 15-17 avqust 2024-cü il tarixlərində proqram çərçivəsində 3 günlük təlimlər təşkil olunacaq.

 

Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.

 

Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər.

 

Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri