Modern.az

Kemal Derviş vəfat etdi

Kemal Derviş vəfat etdi

8 May 2023, 14:02

Türkiyənin iqtisadiyyatdan məsul sabiq dövlət naziri Kemal Derviş dünyasını dəyişib.

 

Modern.az "Halk TV"yə istinadən xəbər verir ki, ABŞ-da yaşayan siyasətçi 74 yaşında vəfat edib.

 

1949-cu ildə İstanbulda anadan olan eks-nazir 2001-2002-ci ildə DSP-MHP-ANAP koalision hökumətində (baş nazir Bülent Ecevit) dövlət naziri postunu tutub.

 

Türk ata və alman ananın ailəsində dünyaya göz açan, London İqtisad Məktəbinin məzunu olan Derviş bundan əvvəl Dünya Bankının rəhbərliyində çalışıb. 2001-ci il iqtisadi krizisini aradan qaldırmaq üçün Türkiyəyə dəvət olunan siyasətçi bir müddət bu istiqamətdə fəaliyyət göstərdikdən sonra DSP-dən qopan kəsimlə birgə Yeni Türkiyə Partiyasının qurulmasında iştirak edib, lakin partiyaya qatılmayaraq 2002-ci il parlament seçkilərində CHP-dən deputat seçilib və 2005-ci ilə qədər parlamentari olub.

 

2005-ci ildə deputatlıqdan istefa verən Derviş daha sonra BMT-də vəzifə tutub.

 

Bəzi iqtisadçıların fikrincə, 2002-ci ildə hakimiyyətə gələn AKP-nin iqtidarının ilk illərindəki iqtisadi uğurların səbəbi məhz Dervişin əsasını qoyduğu iqtisadi islahatlar kursunun olduğu kimi tətbiq olunması idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü