Modern.az

"Səkkiz ayın acılarını unutdurmaq istəyirik" - Hüseynin anası

Analitika

13 Dekabr 2023, 16:12

Bu gecə saat 12-dən 4-ə kimi Aqşinin anası ilə uşaqlarımızı necə qarşılayacağımızdan danışmışıq.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanda əsirlikdən azad edilən Hüseyn Axundovun anası Şəhla Axundova billdirib. 

 

“Onlar üçün nələr aldığımızdan danışırdıq. Prezidentimizə bir ana kimi minnətdaram. O, bizə uşaqlarımızı qaytardı. Dostları, qohumları, demək olar ki, hamısı indidən qarşılamaq üçün hazırlıq görürlər. Səkkiz ayın acılarını unutdurmaq istəyirik. Çünki mənim balam çox əziyyət çəkib”, - o bildirib.

 

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

 

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

 

7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var