Modern.az

Prezidentin nardaranlılarla işıq pulu ZARAFATI - VİDEO

Prezidentin nardaranlılarla işıq pulu ZARAFATI - VİDEO

Aktual

22 İyun 2016, 12:22

 

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dünən Nardarana gedib. Ölkə başçısı Nardaran sakinləri ilə görüş zamanı işıqpulu ilə bağlı maraqlı zarafat da edib.

Həmin dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Qaz, işıq, hər şey qaydasındadır?

 

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev: Hər şey qaydasındadır. Sərfiyyat 70 faiz aşağı düşüb. Tam ödəniş var. Çünki insanlara güzəşt olunur.

 

İlham Əliyev: Əvvəllər bir az ödəmirdilər. Bir az deyəndə yumşaq deyirəm.

 

Ağasəid Orucov: 42 milyon manat borc yığılmışdı.

 

Adil Vəliyev: Möhtərəm Prezident hamısını sildi.

 

İlham Əliyev: Onu sildik. Dedik ki, bunu silək, amma bundan sonra ödəyin.

 

Ağasəid Orucov: Daha olmayacaq. Çox sağ olun, təşəkkür edirik.

 

Adil Vəliyev: Sərfiyyat da 70 faiz aşağı düşüb. Qaz, su, işıq tam qaydasındadır.

 

Ağasəid Orucov: Çox yaxşıdır. Heç bir problem olmayacaq. Cənab Prezident, çıxışımda da qeyd etdim, həqiqətən bir problemimiz olmayıb. Daim işığımız, qazımız olub, çox sağ olun.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır