Prezident İlham Əliyev 14 may 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edib.
Modern.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və üç müavini olacaq. İndiyə qədər bu say 2 idi.