Modern.az

Azərbaycan-Türkiyə münasibətləri bənzərsizdir - XİN rəhbəri

Azərbaycan-Türkiyə münasibətləri bənzərsizdir - XİN rəhbəri

Aktual

Bu gün, 11:47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Türkiyə arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib.

Modern.az xəbər verir ki, nazir bunu Bakıda almaniyalı həmkarı Yohan Vadefulla birgə mətbuat brifinqində deyib.

Bayramov Azərbaycan və Türkiyənin dost və qardaş xalqlar olduğunu vurğulayıb. O xatırladıb ki, iki ölkə arasında müttəfiqlik münasibətləri Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilib.

Nazir qeyd edib ki, hər cəmiyyətin öz inkişaf yolu var. Onun sözlərinə görə, yaxın münasibətlərə baxmayaraq, bir ölkənin cəmiyyətində digər ölkədə gedən proseslərlə bağlı fərqli fikirlər səslənə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?