Modern.az

Dini yazar ateistin fikirlərini oxumadan təhqir məsələsini QABARTDI

Dini yazar ateistin fikirlərini oxumadan təhqir məsələsini QABARTDI

Aktual

23 İyun 2016, 09:37

“Son 3 gündür facebook dostlarım - dindarlar, ateistlər, deistlər və digər kateqoriyalardan olanlar jurnalist Vüsal Məmmədovun müsahibəsini paylaşırlar. Açığı mənim heç kimin inancına iradım yoxdur, ola da bilməz”

 

Modern.az xəbər verir ki, bunu tanınmış dini yazar Kənan Rövşənoğlu bildirib.

 

Onun sözlərinə görə, bir halda ki, qiyamətin olacağına inanırlarsa, o zaman kiminsə inancı onları narahat etməməlidir.

 

“Allah qarşısında hər kəs hesab verəcək. Vüsal Məmmədovun müsahibəsini dostlarım çox təşviq eləsələr də hələ də inadına oxumuram. Yalnız bir səbəbə görə: O da təhqirdir. Yazının başlığında peyğəmbərləri yalançılıqdan ittiham edib, bir inanan insan, inandığını yalançı adlandıranı necə oxuya bilər? Heç olmasa başlıqda təhqir olmasaydı, oxumağı düşünürdüm”.

 

Qeyd edək ki, Vüsal Məmmədov Modern.az-a müsahibəsində müqayisələrlə elmin dindən üstün dayandığını, dindarların yanaşmasının olduqca qüsurlu olduğunu qabardıb.

 

Onu da xatırladaq ki, Vüsal Məmmədov vaxtı ilə dindar olduğunu, hətta ateistlərə nifrət etdiyini də bildirib.

 

Aqşin KƏRİMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı