Adı açıqlanmayan müsəlman bir qadın, supermarketdə alış-veriş etdiyi zaman bir başqa qadın tərəfindən hücuma məruz qalıb.
Modern.az din.az-a istinadla xəbər verir ki, təcavüzkar tərəfindən başından hicabı dartılıb çıxarılan müsəlman qadın qucağında olan 4 aylıq oğluna görə ona edilən hücuma qarşı mübarizə apara bilməyib.
Təcavüzkar qadının, saçlarından tutaraq sürüməsi nəticəsində müsəlman qadın körpəsi ilə birlikdə yerə yıxılıb. Bu zaman mobil telefonu ilə onun şəkillərini çəkən şəxsə də pis sözlər söyləyən təcavüzkar qadın daha sonra ana və onun qucağındakı körpəsini də vurub.
Yerli polis, hadisəyə şahid olan adamdan təcavüzkar qadının fotoşəkilini alaraq, cəmiyyətə açıq yerlərə paylayıb. Polisin təcavüzkar qadının tutulması üçün axtarış işlərini davam etdirdiyi bildirilir.
Digər tərəfdən Kanada Müsəlmanlar Dərnəyi London Şöbəsinin məsul nümayəndəsi İman Fahmi verdiyi açıqlamada baş verən hadisəni qınayıb. Fahmi, “Londonda 1 aydan az bir müddət ərzində artıq ikinci dəfə islamofobik bir təcavüz yaşayırıq. Səbəbkarların ən qısa zamanda tapılmasını və lazımi cəzanı almalarını ümid edirik”, – deyə qeyd edib.
Modern.az