Modern.az

Qənirə Paşayeva: “Onun bütün məlumatları yalandır”

Qənirə Paşayeva: “Onun bütün məlumatları yalandır”

Aktual

23 İyun 2016, 16:25

Bu gün AŞPA-da “Mədəniyyət və Demokratiya” adlı məruzə ətrafında müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Türkiyə əlehinə yalan və böhtanlarla dolu çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavab verib. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbirstanlıqları dağıtması ilə bağlı  geniş çıxış edib:


Modern.az xəbər verir ki, deputat bildirib:


”İşğalçı Ermənistanın nümayəndə heyətinin üzvü Zöhrabyan ölkəsinin zəbt etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışsa, daha yaxşı olardı. Onun burada Azərbaycanla bağlı səsləndirdiyi bütün məlumatlar yalandır və gerçəklə heç bir əlaqəsi yoxdur. Və belə vacib bir mövzunun müzakirəsi zamanı Ermənistan heyəti üzvlərinin, Zöhrabyanın ölkəm əlehinə nifrət dolu çıxışına etiraz edir və kəskin qınayıram.

Qeyd etmək istəyirəm ki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək bütün izləri yox etməyə çalışır və bu çox dəhşətlidir.  Düşünə bilirsinizmi, Ermənistan azərbaycanlılara məxsus qəbirstanlıqları belə, dağıdaraq Azərbaycanın tarixini tamamilə silmək istəyir. Onlar Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vururlar və harada, kimlər tərəfindən törədilməsinə baxmayaraqŞ Assambleyamız bu cür məsələlərə kəskin etiraz səsini ucaltmalı və bu kimi vandalizm aktlarını dayandırmağı tələb etməlidir, bunu törədənlərə qarşı  ciddi mübarizə aparmalıdır.  

Əgər siz gerçəkləri video və fotogörüntülərlə görmək istəyirsinizsə, mən onları sizə göstərə və təqdim edə bilərəm. Bir xalq başqa bir xalqın tarixinə, mədəniyyətinə sayğı göstərmirsə, sonrası bu kimi üzücü hadisələrlə nəticələnir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə, mehriban yaşadığı bir ölkədir. Mədəniyyətlərə və sivilizasiyalararası dialoqa böyük önəm verir və bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir. Bu gün Azərbaycan əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı