Modern.az

Faiq Ağayev “Müstəqillik günü: dirçəliş” filminin təqdimatında – Fotolar - Video

Faiq Ağayev “Müstəqillik günü: dirçəliş” filminin təqdimatında – Fotolar - Video

Aktual

23 İyun 2016, 16:15

“Park Cinema İMAX”da “Müstəqillik günü: dirçəliş” filminin ictimai nümayişi keçirilib.

Modern.az xəbər verir ki, "Park Cinema" kinoteatrlar şəbəkəsinin "Flame Towers"də yerləşən kinoteatrının İMAX zalında "Gazelli Group"un sponsorluğu ilə göstərilən fəlakət filmini ictimaiyyət nümayəndələri izləyiblər.
"Park Cinema" kinoteatrlar şəbəkəsinin ənənə halı alan və kinohəvəskarlarının rəğbətini qazanmış bu cür nümayişlərində hər dəfə olduğu kimi KİV nümayəndələri, xalq artisti Faiq Ağayev, şairə Nərminə Məmmədzadə, tanınmış rejisser Şamil Quliyev, aktyorlar, mədəniyyət və incəsənət xadimləri, bloqerlər iştirak ediblər.
Filmin süjetinə gəlincə, “1996-cı il müharibəsi” kimi məlum olan hadisələrin nəticəsində Yerin sakinlərinin təqribən yarısı məhv edilib. Bəşəriyyət heç vaxt tam məhv olmağa bu qədər yaxın olmayıb. Yadplanetlilərin hücumundan sağ çıxmış insanlar Yerdə həyatı yenidən dirçəltmək üçün həlak olanları heç vaxt unutmayacaq və daim xatırlayacaqlar ki, bizim gücümüz birliyimizdədir. Bəşəriyyətin tam məhv olunması təhlükəsinin gözlənilməz, lakin əlverişli effekti olmuşdu: yüzilliklər boyu davam edən münaqişələr və siyasi etibarsızlıq öz yerini dünyanın bütün xalqlarının görünməmiş əməkdaşlığına verib. 
1996-cı il müharibəsindən sonra yadplanetlilərin texnologiyalarını istifadə edən xalqlar birləşərək iyirmi il ərzində planeti yenidən qururdular və Yeri yad planetlərdən olan təcavüzkarlardan qorumaq üçün misli görünməmiş müdafiə proqramı yaradırdılar. Yerin Müdafiəsi Proqramı (YMP) erkən xəbərdarlıq sistemi və vahid qlobal müdafiə vasitəsi kimi çıxış edirdi. Lakin bu kifayətdirmi? Axı yadplanetlilər də yeni hücuma hazırlaşırdılar... 
Filmdə Liam Xemsvort (Ceyk Morrison), Ceff Qoldblüm (Devid Levinson), Bill Pullman (Prezident Uitmor), Mayka Monro (Patrisiya Uitmor), Şarlotta Qensbur (d-r Ketrin Marso) və başqaları çəkiliblər. 
 
Rejissor Roland Emmerix üçün “Müstəqillik günü: Dirşəliş” filmi iyirmi il əvvəl ssenarist və prodüser Din Devlinlə birgə yaratdığı kainata qayıdış oldu. Onlar bütün dünya tamaşaçılarını süjetin dramatikliyi və maraqlı olması, “ekşn” səhnələrlə, yadda qalan personajlarla və prezidentin indiyədək sitat kimi gətirilən nitqi ilə fəth edərək, kinematoqrafiya “cinini şüşə qaba salıblar”.
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı