Modern.az

Qaxda ağır qəza: sürücü ölüb

Qaxda ağır qəza: sürücü ölüb

Aktual

4 Avqust 2016, 20:41

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  Modern.az saytı "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkit kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qax rayonunun Zərnə kənd sakini, 82 yaşlı Mahmud Rəhim oğlu Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarındakı elektrik dirəyinə çırpıb. Sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı