Modern.az

“Qəbələ” “pley-off“ mərhələsinə yüksəldi

“Qəbələ” “pley-off“ mərhələsinə yüksəldi

Aktual

4 Avqust 2016, 22:56

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, turnirdə mübarizəni davam etdirən “Qəbələ” Bakıda Fransanın “Lill” komandasını qəbul edib. Oyunun 34-cü dəqiqəsində "Qəbələ"nin oyunçusu Filip Ozobiç hesabı açıb. Oyun elə 1:0 hesabı ilə də başa çatıb. Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan komandamız mərhələni keçmək üçün “qırmızı-qaralar”a qolsuz bərabərlik də kifayət edirdi. Amma Bakıda qazandığı qələbə ilə komandamız mərhələ keçərək, ardıcıl üçüncü dəfə Avroliqanın “pley-off “mərhələsində mübarizə aparmaq şansı əldə edib.

Qeyd edək ki, “Qəbələ” bu mərhələyə qədər Gürcüstanın “Samtredia”, Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdırıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...