Türkiyədəki uğursuz dövlət çevrilişinə cəhddən sonra “təmizləmə əməliyyatı” davam etdirilir. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə Kayseri şəhərində 127 polis əməkdaşı saxlanılıb.
Həmin şəxslər Kayseri Polis Departamentinin FETÖ-PYD istintaqı ilə əlaqədar xidmətdən xaric edilmiş asayiş keşikçiləridir. Artıq onlar barəsində həbs qərarı qəbul edilib. Polis əməkdaşları arasında müxtəlif rütbələrə aid asayiş keşikçiləri var.
Modern.az