Modern.az

Şəkinin dağ kəndinə döşəmə yol çəkilib

Şəkinin dağ kəndinə döşəmə yol çəkilib

Aktual

5 Avqust 2016, 15:00

Şəkinin Baş Küngüt kəndinə daş döşəmə yol salınıb. Hər yağıntı mövsümündə sel təhlükəsi ilə üzləşən dağ kəndinin icmasının müraciəti ilə yolu Kənd Təsərrüfatı Nazirliyi ”İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində çəkib.

 

Məqsəd Şəki rayon mərkəzindən 25 km aralıda yerləşən və başqa heç bir yol örtüyü davam gətirməyən bu kəndin infrastrukturunu yaxşılaşdırmaqla, əhalisinin təsərrüfatlarını qorumaq və inkişafına kömək etmək, eləcə də məşğulluğa şərait yaratmaqdır. Uzunluğu 1 km-dən artıq, ümumi sahəsi 5 kvadrat kilometr olan yoldan 2500 nəfərədək kənd əhalisi faydalanacaq.  

 

İkinci Kənd İnvestisiya Layihəsini Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirir. Layihə Azərbaycan Hökuməti ilə Dünya Bankının birgə layihəsidir. 10 ildən artıq müddətdə icra olunan Kənd İnvestisiya Layihəsi çərçivəsində 1800-ə yaxın sosial və iqtisadi yönümlü infrastruktur layihələri icra olunub. 

 

Böyük çay daşlarından salınan və arasına çınqıl doldurulan döşəmə yol uzunömürlülüyü ilə fərqlənir. Ölkəmizdə yaşı 300 ildən artıq olan  belə yollar mövcuddur.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı