Modern.az

Azərbaycanda ərinin 75 min manatlıq qızılını oğurlayan arvad tutulub

Azərbaycanda ərinin 75 min manatlıq qızılını oğurlayan arvad tutulub

Aktual

6 Avqust 2016, 12:46

Azərbaycanda 5 il əvvəl ərinin dəyəri külli miqdarda olan qızıl əşyalarını oğurlamış arvad yaxalanıb. Modern.az-ın xəbərinə görə,  bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 31-də paytaxtın Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən arvadı Elnurə Quliyeva və tanışı Sahilə Atamova cari il iyulun 30-da saxlanılaraq Xətai RPİ-yə təhvil veriliblər. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı