Modern.az

Çevrilişə cəhddə ölənlərin ailələrinə kompensasiya VERİLƏCƏK

Çevrilişə cəhddə ölənlərin ailələrinə kompensasiya VERİLƏCƏK

Aktual

6 Avqust 2016, 22:46

Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd zamanı dünyasını dəyişənlərin yaxınlarına və xəsarət alanlara kompensasiya ödəniləcək. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin əmək və sosial təminat naziri Süleyman Soylu bildirib.

 

Nazirin sözlərinə görə, mülki və xidmət çəkən şəxslərin ailələri 240 min lirə məbləğində (79 min dollar) birdəfəlik kompensasiya alacaqlar.   

 

Bundan başqa, onlara hər ay 3,2 min lirə (1000 dollaradək) müavinət veriləcək, həmçinin, ailənin iki üzvü daimi işlə təmin olunacaq.  

 

Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə)  həlak olub, 2 mindən çox şəxs yaralanıb. 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı