Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə batan şəxsin axtarışları başa çatıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1992-ci il təvəllüdlü Qocayev Kamran Şahin oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 18:40-da başa çatıb.
Modern.az