Modern.az

Rusiya Rio-2016 Paralimpiya Oyunlarında çıxışdan məhrum edilib

Rusiya Rio-2016 Paralimpiya Oyunlarında çıxışdan məhrum edilib

Aktual

7 Avqust 2016, 22:19

Beynəlxalq Paralimpiya Komitəsi (BPK) Rusiya yığmasını Rio-2016 Paralimpiya Oyunlarında çıxışdan məhrum edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, buna səbəb dopinq qalmaqalıdır.

 

BPK prezidenti Filip Kreyven bu barədə Rusiya mətbuatına açıqlama verib: “Məsələ hansısa konkret bir idman növündə qeydə alınana qanun pozuntusundan getmir. Əsas problem dopinq sisteminə dövlətin verdiyi dəstəkdir”.

 

Qeyd edək ki, bu qərar Beynəlxalq Antidopinq Komitəsinin (WADA) hesabatı ilə tanış olduqdan sonra verilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı